Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar
4-11-2020, 16:38
90

Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar

Ermənistanın Sünik Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan silah-sursat gətirən şəxsi saxlayıblar.
Unikal.org “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “UAZ” markalı avtomobildən bir ədəd “Kalaşnikov” pulemyot, 5,45 mm çaplı 75 güllə ilə iki ədəd daraq, habelə 317 ədəd müxtəlif çaplı patron aşkar edilib. Aşkar edilən silah-sursat müsadirə olunub.
Başqa bir məlumata görə, Vaysk Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan qayıdan avtomobildə aparılan yoxlama zamanı “Kalaşnikov” avtomatı, süngü-bıçaq, avtomat silahın 15 ədəd darağı, 700-dən artıq patron, tüfəng və başqa silah-sursat aşkarlanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qarabağdan Ermənistana qayıdan avtomobillərdə bir qayda olaraq silah-sursat aşkar edilir.
Ekspertlər vurğulayıblar ki, bu şəxslər döyüşdən imtina edən, könüllü adı altında Qarabağa zorla döyüşə aparılan Ermənistan vətəndaşlarıdır. Silaha görə gələcəkdə cinayət işi məsuliyyətinə cəlb ediləcəklərindən ehtiyat etdikləri üçün onlar silahı da özləri ilə aparırlar.
Ermənistan Polisi, Milli Təhlükəsizlik Xidməti məsələ ilə bağlı vətəndaşları xəbərdar edib. Bu qurumlar silah-sursatın döyüş bölgəsində olmasının vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

Ermənistan ordusunda rəzalət: Döyüşdən qaçan əsgərlər silah oğurlayır
Goranboyda xeyli sayda silah-sursat tapıldı
"Bandotdel" əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Qarabağdan İrəvana silah daşınır (VİDEO)
Adam öldürmək üçün avtomat aldı
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Maştağada silahlı şəxs tutuldu – Foto
Goranboyda silah-sursat tapılıb
Ermənilərin məhv edilən döyüş texnikasının siyahısı: 200 tank, 5 silah-sursat anbarı və... - VİDEO
Xızıda sürücü polisləri silahla hədələdi
Bakı sakinindən odlu silah götürülüb
"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayır - Foto
Bakıda küçədə silahlar tapılıb
Zaqatalada keçmiş məhkumdan "Makarov" tapançası və heroin götürülüb
Silah gəzdirən şəxs saxlanıldı
Astara sakinlərindən qanunsuz odlu silah götürüldü
Cəbhədə son vəziyyət: Düşmənin ehtiyatları tükənir
Ermənilər itkilər verərək geri çəkilib – Rəsmi açıqlama
Ermənistanın 200-ə yaxın tankı, 228 artilleriya qurğusu məhv edilib
Sərhəddən tapança keçirmək istədilər - FOTO
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı AÇIQLANDI
Zəngilan istiqamətində növbəti hərbi qənimət götürüldü (VİDEO)
İran-Azərbaycan sərhədində atışma: ölən var
Axtarışda olan şəxsin üstündə qumbara tapıldı
Xankəndidə silah anbarları məhv edildi – VİDEO
Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədi – Gürcüstandan qadağa
Bakı sakini kürəkənini güllələdi
MN: “Azərbaycan Ordusunun qadağan olunmuş heç bir silah və sursatı yoxdur”
"Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız?" - Ərdoğan
Qanunsuz silah gəzdirən keçmiş məhkum yaxalandı