“Məğlubedilməz” erməni ordusu mifi darmadağın oldu - deputat
4-11-2020, 21:27
237

“Məğlubedilməz” erməni ordusu mifi darmadağın oldu - deputat

“Prezident İlham Əliyevin noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsi Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O qeyd edib ki, bu cür müsahibələr həm də Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi uğurların siyasi- diplomatik müstəvidə gücləndirilməsi məqsədlərinə xidmət edir:

“Çünki hərbi uğurların diplomatik cəbhədə davam etdirilməsi hazırki mərhələdə ən aktual vəzifələrdən biridir. Ona görə də, sentyabr ayının 27-dən bəri Prezident İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına verdiyi müsahibələri əslində ordumuzun uğurları üçün siyasi təhlükəsizlik çətiri yaradır ki, bu da növbəti addımlar üçün yaxşı imkanlar açır. Hər şeydən öncə məsələnin hüquqi tərəflərinə diqqət çəkən Prezident Ermənistanın işğalçı olduğunu və bu işğal faktının artıq 30 – ilə yaxındır ki, davam etdiyini bildirməklə bu mərhələdə müvafiq beynəlxalq təşkilatların faktiki olaraq problemin həlli üçün heç bir addım atmadıqlarını, bütün sülh danışıqlarının nəticəsiz qaldığını və yaranmış vəziyyətin işğalçı ölkəni yeni ərazilərimizi işğal etməyə həvəsləndirdiyini bildirdi. Əlbəttə Azərbaycan artıq buna dözə bilməzdi və Ermənistanın yeni hərbi-siyasi təxribatları münaqişənin aktiv fazaya keçməsini şərtləndirdi. Azərbaycan ordusu qısa müddət ərzində ciddi hərbi nailiyyətlər əldə etməklə bütün dünyaya öz gücünü göstərdi. Ordumuz illərdir formalaşan “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi”.

Deputat deyir ki, erməni faşizminə əsaslanan işğal siyasətinə böyük zərbə vurmaqla regionda sülhün bərqərar olması üçün yeni şərtlər yaratdıq. Terrorçu dövlət olan Ermənistanın dəstəklədiyi terror siyasətinin sülhü təhdid edən vasitə kimi ortadan qaldırılması istiqamətində işğalçı ölkəyə yaxşı dərs verildi:

“Eyni zamanda işğalçı Ermənistanın regiona cəlb etdiyi çoxsaylı terror təşkilatı üzvlərinin də cinayətlərinin qarşısını aldı. Beləliklə regionda yeni hərbi –siyasi reallıq yaratdı. İşğalçı ölkənin baş naziri Paşinyanı dünya dövlətlərinin liderlərinə fasiləsiz telefon edərək bu və ya digər formada yardımlar istəməyə məcbur etdi. Bu, işğalçı ölkəyə və onun terrorçu ordusuna verilən tarixi dərs idi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan bu gün də beynəlxalq hüquqa və onun tələblərinə, problemin ən qısa zamanda danışıqlar yolu ilə həll edilməsinə sadiqdir. Bunun üçün hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirilməli və ya əslində Azərbaycan ordusunun yerinə yetirdiyi bu qətnamələrin geri qalan hissəsindən işğalçı ordunun dərhal çıxarılması ilə bağlı Ermənistan tərəfi qrafik təqdim etməlidir.

Təcrübə isə onu göstərir ki, Ermənistan bunu etmir, tam əksinə, vəziyyəti daha da gərginləşdirmək üçün humanitar atəşkəslə bağlı razılaşmaları pozur. Dinc əhalini və mülki obyektləri raket atəşinə tutmaqla sivil vətəndaşlarımızı hədəfə alır. Beləliklə hərbi cinayətə əl atır və faktiki olaraq terror törədir. Üstəlik əcnəbi vətəndaşları, muzdluları, PKK və Yaxın Şərqdən bəzi terrorçu qruplaşmaları qondarma “Dağlıq Qarabağ ordusu”na qoşmaqla beynəlxalq hüququn tələblərini pozur. Ona görə də işğala son qoyulmayana qədər Azərbaycan ordusu öz legitim və beynəlxalq hüquqa əsaslanan əməliyyatlarını davam etdirəcək.Torpaqlarımızı işğaldan azad edərək regionda sülhü və inteqrasiyanı təmin edəcək”.

Oxşar xəbərlər

“Prezidentimiz 30 gün ərzində dünya mediasındakı çıxışları ilə, Ermənistanın 30 illik yalanlarını darmadağın etdi”
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Hər bir azərbaycanlının əbədi qürur duyacağı Komandan - TARİX YAZIR...
“Bilirik ki, PKK oradadır…” – İlham Əliyev
Ermənistanın indi müharibəyə başlamasının əsas SƏBƏBİ
Paşinyanın Əliyevdən vaxt istəməsi ictimailəşdi, orduya əmr verildi - VİDEO
“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”
Rusiyaya xəyanət edən Paşinyan bu dəfə ABŞ-a yalvardı
“Düşmən döyüş meydanından qorxaraq qaçır“ - Hikmət Hacıyev
Dünyanın 50 ən güclü orduları sırasına daxil olan Azərbaycan Ordusu
Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir
“Koronavirus təhlükəsi artmaqdadır, heç kim arxayınlaşmamalıdır” - deputat
Hikmət Hacıyev Bərdəyə getdi
"Sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər” - Prezident
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
"Bütün proseslər göstərdi ki, Azərbaycan real və effektiv iş qurub"
"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"
Rusiya telekanallarında İlham Əliyevin müsahibəsi yayımlandı
Tariximizdə Nadir Şah Əfşardan sonra torpaq alan dövlət başçısı İlham Əliyevdir
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
“Laçın dəhlizini aldıqdan sonra düşmənin vəziyyəti daha da gərginləşəcək” - GƏLİŞMƏ
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
“Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”
Azərbaycan mövzusu Türkiyə mediasının ana xəbərinə çevrilib
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”