“Annanın erməni əri Arturu hər gün döyürdü, ona zülm edirdi” (AÇIQLAMA)
4-11-2020, 17:38
311

“Annanın erməni əri Arturu hər gün döyürdü, ona zülm edirdi” (AÇIQLAMA)

Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç həlak olub.

Ötən gün məlum olub ki, Arturun anası, Stavropol sakini Anna Mehrabyandır. O, bir neçə gün əvvəl oğlunun ölüm xəbərini alıb. Anna Arturun nəşinin Yessentukiyə aparılmasında israrlı olduğunu deyib.

Arturun əmisi Mehman Quliyev Azvision.az-a açıqlamasında qardaşının ailəsi ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.

O, əvvəlcə Arturun nəşinin Gəncədən Rusiyaya aparılmasının mümkünsüz olduğunu və yeniyetmənin atasının məzarı yanında dəfn edildiyini bildirib.

"Buna biz imkan vermərik. Anası sağ olanda bir dəfə də olsun Arturla maraqlanmayıb, ona normal analıq etməyib. Biz zəng edirdik ki, uşaq anası ilə danışsın. Artur özü də danışmaq istəmirdi. O, daha çox ana nənəsini və babasını istəyirdi”.

M.Quliyevin sözlərinə görə, Artur rus nənəsi və babasının qəyyumluğunda olub. Onların etibarnaməsi ilə 2015-ci ildən Azərbaycanda yaşayıb.

"Qardaşım Anna ilə 2006-ci ildə Rusiyanın Valdivostok şəhərində ailə qurub. Qardaşım rəhmətə getdi və 2007-ci ildə uşaq dünyaya gəldi. O zaman bizim xəbərimiz olmadı, uşağa atasının soyadını vermədilər.

Nənə və babasının soyadı verildi, onların qəyyumluğuna keçdi. Bununla onlar uşağa görə həm ev, həm də aylıq müavinət alırdılar. Sonradan Arturun anası ikinci dəfə erməni ilə ailə qurdu, onun soyadını götürdü. Annanın erməni əri Artura zülm verirdi, hər gün döyürdü ki, ona ata desin. Artur isə azərbaycanlı olduğunu, erməniyə ata deməyəcəyini bildirirdi.

Erməni kişi uşağı döyürdü, qaranlıq otağa salırdı. Anası gəlib çıxarırdı. Artur günlərlə küçələrdə skamyalarda yatıb. Bunu bizə Annanın anası, yəni Arturun nənəsi danışıb. Qadın hələ onun haqqında çox sözlər deyib, sadəcə, mən bunu açıqlaya bilmirəm. Uşağın pulunu alıb, restoranlara gedirdilər. Artura nənəsi baxıb. Onlar Arturu bizə gətirdilər, etibarnamə verdilər. Artur beş il idi ki, bizimlə qalırdı”.

M.Quliyev vurğulayıb ki, Arturun babası 2-3 ay əvvəl Gəncədə olub, ona Rusiyaya qayıtmağı təklif etsə də, getməyib.

"Babası onu kənara çəkib, deyib ki, gedək, uşaq getməyib. Bizə inanmırdılar, uşağa deyirdi ki, anası ilə danışmağa qoymurlar. Uşaq danışmaq istəmirdi. Bütün telefon danışıqları, mesajlar var. Biz uşağı gizlətməmişik.

Nənəsi, babası Arturun qırxında imkan olsa, Bakıya gələcək. Onlardan da hər kəs soruşa bilər. Biz onu ermənidən xilas etdik, Azərbaycana gətirdik. Burada erməni təcavüzünun qurbanı oldu. Artur nümunəvi şagird idi, medallar almışdı. Artura deyirdilər ki, Rusiya vətəndaşısan, niyə rus bayrağı qaldırmırsan? O deyirdi ki, "Mən azərbaycanlıyam. Azərbaycan bayrağını qaldıracağam”.

Qeyd edək ki, işğalçı Ermənistan silahlı qüvvələrinin oktyabrın 4-ü, 11-i və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncədə 10 qadın, altı uşaq olmaqla, 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.

Oxşar xəbərlər

Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı
“Bərdədə insan itkisindən çox kədərləndim“ - Fransa səfiri
Messinin durumuna aydınlıq gəldi
Rafiq Tağının anası dünyasını dəyişdi
Onların həyatına ermənilər son qoydu... (FOTOLAR)
Azərbaycanda 3 uşaq anası özünü asmaq istədi
İlk qadın şəhidimizin ailəsindən - Videoreportaj
Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün faktlar toplanır - Rəsmi
Ermənistan ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi (FOTOLAR)
“Başımı itirmişəm, nə edəcəyimi bilmirəm” – Ölmüş erməni əsgərin anası fəryad edir
Ərli qadını evindən qaçırdılar - Azərbaycanda ŞOK OLAY
Beş uşaq anası övladlarına narkotik maddə verdikdən sonra boğaraq öldürüb...
Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü
Bakıda oteldə qadının başı kəsildi
Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub
"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA
Bərdədə ermənilərin atdığı raket nəticəsində ölən videooperator torpağa tapşırıldı
Erməni diversant zabit haqqında yeni məlumatlar üzə çıxdı
Daha bir erməni vəhşiliyi - Vİdeo
Qarabağda erməni polkovnik məhv edildi
Baş Prokurorluq Gəncə terroru barədə 6 dildə videoçarx hazırlayıb
Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum oldu - FOTO
Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunur
Sumqayıtda gənc nişanlısını öldürdü, qayınanasını ölümcül yaraladı
DİN daha bir iddiaya aydınlıq gətirdi - "Anası dəfələrlə oğlu tərəfindən döyüldüyünü bildirib"
"Biz cavab verməyə məcbur idik" - Dövlət başçısı
BMT Bərdə şəhərinə edilən hücumu qınayıb
Ordumuz daha bir neçə erməni zabitini MƏHV EDİB - Müdafiə Nazirliyi
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi