Baş Nazir Xocavəndlə bağlı sərəncam imzaladı
5-11-2020, 15:16
162

Baş Nazir Xocavəndlə bağlı sərəncam imzaladı

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” Qanununun tətbiqinin təmin edilməsi məqsədilə sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Həmçinin, razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Qanununun tələblərinə əməl olunmasını təmin etməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Oxşar xəbərlər

Baş Nazirdən Madagizlə bağlı SƏRƏNCAM
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Əli Əsədovdan mühüm sərəncam
Vəng rəsmən Çinarlı oldu - MM təsdiqlədi
Milli Məclisin növbəti plenar iclası başladı
Baş Nazirdən yeni QƏRAR
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
İlham Əliyev sərəncam imzaladı
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi genişləndirilir - FƏRMAN
Baş Nazirdən yeni QƏRAR - Məktəblər bu tarixədək bağlı qalacaq
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
İcra məmurlarına rəqib gəlir - ÖZƏL İCRA XİDMƏTİ
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Azərbaycanda yeni holdinq yaradıldı - Prezidentdən FƏRMAN
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
Baş nazir təhsillə bağlı qərarı təsdiqlədi
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM
Prezident sərəncam imzaladı: büdcədən 2,2 milyon manat ayrıldı
İlham Əliyev Qusarla bağlı SƏRƏNCAM
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Bələdiyyələrlə bağlı iki qanun layihəsi hazırlandı
Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi