YAP 200 min manat yardım edəcək - Koronavirusla Mübarizəyə Dəstək Fonduna
20-03-2020, 13:59
183

YAP 200 min manat yardım edəcək - Koronavirusla Mübarizəyə Dəstək Fonduna

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.

YAP-dan GUNDELİK-BAKU.COM-a verilən məlumata görə, partiyanın bütün strukturları bu ümumxalq mübarizəsində iştiraka cəlb edilib, onlara müvafiq göstərişlər verilib.


Bildirilib ki, Yeni Azərbaycan Partiyası eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli sərəncamı ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır. Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanları daxilində dəstək göstərmək tövsiyə olunub.

Müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin Azərbaycana təsirinin azaldılması dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hamının dəstək olmasından birbaşa asılıdır. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü partiyanın Sədri, Prezident İlham Əliyevin koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınmasında hər kəsin şəxsi iştirakının təmin edilməsi barədə çağırışına əməl edəcək, xalqımızın və ölkəmizin bu qorxulu bəladan xilas olmasına öz şəxsi töhfəsini verəcək.


Oxşar xəbərlər

Mehriban Əliyeva bir illik əmək haqqını koronavirusla mübarizə fonduna bağışladı
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Bu komitənin deputatları da əməkhaqqını Fonda köçürəcək
DTX Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Çin və ABŞ birləşdi: koronavirusla birgə mübarizə aparılacaq!
"Bakcell" adı hallanan toyla bağlı MƏLUMAT YAYDI
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Siyavuş Novruzovun istefası qəbul edildi RƏSMİ
İqtisadi komitənin üzvləri maaşlarının bir hissəsini fonda köçürəcəklər
Sosial dövlətin Azərbaycan modeli
Azərbaycanda bu partiyanın adı dəyişdirildi
Əlişir Usmanovun ayırdığı 5 milyon 20 min insan arasında paylandı
Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
Partiyaların hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır
Azərbaycanın Rusiyadakı Səfirliyi koronavirusla bağlı çağırış edib
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycanda televiziyalar fasiləsiz işləyəcək
Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldı
Siyavuş Novruzov İSTEFA VERDİ
Prezident yeni dövlət qurumu yaratdı
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Azərbaycanda 10 partiya bir araya gələ bilmədi - Səbəb koronavirusdur, yoxsa...
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım etdi
Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi - FOTOLAR
"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN