Moskvanın cavabı erməniləri pərt edib
5-11-2020, 15:41
197

Moskvanın cavabı erməniləri pərt edib

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktuba qarşı tərəfdən gələn cavab İrəvanın pərtliyinə səbəb olub.
 Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakayan jurnalistlərin bu barədə sualına həvəssiz və ümumi cavab verib. “Bu istiqamətdə lazımi işlər görülür. Hazırda çox şey deyə bilmərəm. Ancaq müttəfiqlik münasibətlərimizə və onlardan irəli gələn funksiyalara gəldikdə, lazım olan hər şey edilir", - deyə erməni nazir bildirib.
Mnasakanyanın mövzu barədə ümumi və könülsüz danışması  göstərir ki, Kremlin cavabı İrəvanı qane etməyib.
Erməni nazir bunun ardınca Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın səylərini artırmasının vacibliyindən danışıb. Bununla da Paşinyan hökumətinin Rusiya və Qərb arasında vurnuxduğunu göstərir.
Paşinyan oktyabrın 31-də Putinə məktub yazaraq Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün Rusiyanın ona göstərə biləcəyi köməyin növünü və həcmini təyin etmək məqsədilə məsləhətləşmələrə başlamağı xahiş etmişdi. O, məktubunda Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixdə imzalanan müqaviləni xatırlatmağı da unutmamışdı. Bu müqavilənin ikinci bəndində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur.
Putin Paşinyanın məktubuna Xarici İşlər Nazirliyi (XİN) vasitəsilə cavab vermişdi. Kremlin cavabı əvvəlkilərdən fərqlənməmişdi. Moskva bu dəfə Paşinyana müharibənin Azərbaycan ərazisində getdiyini xatırladaraq, Rusiyanın yalnız Ermənistana təhlükə olacağı təqdirdə öhdəliklərini yerinə yetirə biləcəyini bildirmişdi.

Oxşar xəbərlər

Paşinyan bu dəfə Putinə məktub yazdı
Paşinyan kömək istədi, Rusiya "yox" dedi
“Paşinyan üçün “möcüzə” Rusiya desantlarının...” – Rus ekspert
Paşinyan daha əvvəlki tək “asıb-kəsmir”: Bəs nə oldu?..
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
Paşinyan yenə Putinə zəng etdi
Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Son əsgərə qədər müharibə - Paşinyanın intiharı
Paşinyan İsraildən üzr istədi
Ermənistan Rusiyaya diş qıcayır, yoxsa xəyanət?
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
Ermənistanın ədliyyə naziri Qarabağ döyüşlərinə qatılmaqdan imtina etdi
Ermənistanın bütün sərhədləri Rusiyaya verildi - Əsgərsiz qalan Paşinyanın "çıxış yolu"...
Rəsmi Bakının cavabı sərt olacaq – Arkov
Cenevrədə münaqişənin həllinə dair növbəti görüş başlayıb
Yerevanda anti-Rusiya kampaniyası genişlənir
Putin İrəvana əliboş gəlmir: Nələr olacaq?
Yerevanda məktub qalmaqalı
Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq
Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
Paşinyan daha bir vəzifəli şəxsi işindən azad edib
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB
Paşinyan hər gün Putinin zəhləsini tökür - Ermənilər AÇIQLADI
Paşinyanın təlxəkliyini sübut edən daha bir fakt - VİDEO
Paşinyan əsgərləri təhqir edənə vəzifə verdi
Şahnazaryan da Nikol Paşinyanı istefaya çağırdı