Karantin tələblərini pozan obyektlər CƏRİMƏLƏNDİ
5-11-2020, 16:17
164

Karantin tələblərini pozan obyektlər CƏRİMƏLƏNDİ

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir.
AQTA-dan verilən məlumata görə, qurum əməkdaşları noyabrın 4-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 345 ictimai iaşə obyektində 529 monitorinq keçirib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən 23 ictimai iaşə müəssisəsində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Unutmaq olmaz ki, koronavirusla effektiv mübarizə tədbirləri nəticəsində əldə olunmuş müsbət tendensiyanın davam etdirilməsi üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.

Oxşar xəbərlər

42 obyektdə nöqsanlar aşkarlanıb
29 ictimai iaşə müəssisəsi barəsində inzibati tədbirlər görülüb
26 ictimai iaşə obyekti barəsində inzibati tədbir görülüb
Restoran sahiblərinə xəbərdarlıq edilib
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib
Bakıda birgə reydlər keçirilir
Restoranlarda xidmət tam bərpa edilir
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
Bu gündən kafe və restoranlar açıldı
Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək qədər uzadıldı
Polis Cəlilabadda reyd keçirib
Maska taxmayan 9 nəfər cərimələndi
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Yenə yararsız at satışı - Qarşısı alındı
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar