BŞTİ-dən Qaynarinfo-ya verilən xəbərə görə, görüşdə 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunub.
Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur. Bildirilib ki, müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.
