İranda 4.3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Açıqlamaya görə , zəlzələ Xuzistan əyalətinin Şüştər bölgəsində yer səthindən 22 kilometr dərinlikdə baş verib.  
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.