Türkiyəli biznesmenlərdən Azərbaycana dəstək
5-11-2020, 01:33
41

Türkiyəli biznesmenlərdən Azərbaycana dəstək

Məlum olduğu kimi, Ermənistanın hərbi təxribatına cavab olaraq Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-dən başlanan uğurlu əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın əhəmiyyətli hissəsi artıq işğaldan azad olunub.
 Ordumuz cəbhədə hər gün irəliləməkdə və şəhər, qəsəbə və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etməkdədir.
Beynəlxalq hüququn Azərbaycanın tərəfində olması, Ordumuzun hərbi-texnoloji üstünlüyü, əsgərlərimizin qəhrəmanlığı, xalqımızın Ali Baş Komandana hədsiz sevgisi, böyük döyüş ruhu və s. faktorlar ölkəmizin tezliklə ərazi bütövlüyünü tam təmin edəcəyini şərtləndirir.
İşğaldan azad edilən torpaqlarımızın zəngin resursları və iqtisadi potensialı isə Azərbaycanın iqtisadi gücünə güc qatacaq, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
Qeyd edilməlidir ki, uzun müddət işğalda olan torpaqlarımızda bütün infrastruktur dağıdılıb, əksər kəndlər və şəhərlər tamamilə talan edilib.
Azərbaycan hökuməti işğaldan azad olunan əraziləri sürətlə bərpa etməyə hazır, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız isə öz evlərinə, el-obalarına qayıtmaq arzusundadır. Artıq bərpa işlərinə başlanıb. Suqovuşana yol çəkilişi buna gözəl nümunədir.
Onu da vurğulayaq ki, Azərbaycanın bu sahədə uğurlu təcrübəsi də var. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin çox qısa müddətdə yenidən qurulması, yolların, evlərin tikilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, Naxçıvanda 11 min hektaradək ərazinin düşməndən təmizlənməsi tarixi torpaqlarımıza Böyük Qayıdışın başlanğıcı idi.
Hazırda Müzəffər Ordumuzun uğurlu əks-hücum əməliyyatları ilə düşməndən azad edilən torpaqlarımızda da tikinti-quruculuq işləri aparılacaq, həyat canlanacaq, bu ərazilərdə yaradılacaq müəssisələr, təsərrüfatlar, salınacaq bağlar və s. iqtisadiyyatımıza öz töhfəsini verəcək.
Bu quruculuq işləri biznes üçün də böyük imkanlar yaradacaq. Artıq dəfələrlə, vurğulandığı kimi, biznes azad edilmiş ərazilərin bərpasında iştirakda maraqlıdır. Bu işlər dövlətin və biznesin qarşılıqlı əməkdaşlığı şəraitində həyata keçiriləcək, biznes çoxmilyonluq dövlət sifarişlərinin icrasına cəlb ediləcək.
Bu ərazilər gələcəkdə turizmin inkişafında da mühüm rol oynayacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycanın regionda lider dövlət, etibarlı beynəlxalq tərəfdaş olması, dünya arenasında malik olduğu müsbət və güclü imici, dünya birliyi ölkələri, eləcə də qonşu dövlətlərlə qurulmuş qarşılıqlı faydalı və geniş əlaqələr işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi potensialının reallaşdırılmasını daha da sürətləndirəcək.
Bu konteksdə dost ölkələrin biznes cəmiyyətləri arasında geniş əlaqələr xüsusilə qeyd edilməlidir. Bu baxımdan, Azərbaycanla dil, tarix, din və mədəni bağlılıqları olan türk dövlətləri ilə əməkdaşlıq böyük önəm kəsb edir. Təsadüfi deyildir ki, qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdiyi indiki günlərdən türkdilli dövlətləri bir araya gətirən qurumlardan operativ olaraq azad edilmiş torpaqlarda iqtisadi əməkdaşlıq təklifləri gəlməkdədir.
Bu, həm Azərbaycan dövlətinə, Ali Baş Komandanına, rəşadətli Ordumuza, ölkəmizin iqtisadi perspektivinə olan güclü inamın ifadəsi, eyni zamanda, türk dövlətlərinin təmsil olunduqları qurumlar çərçivəsində faydalı əməkdaşlığın, konsolidasiyanın, qarşılıqlı etimadın bariz göstəricisidir.
Hazırda Azərbaycanın Vətən müharibəsində Türk Şurası ölkələri, xüsusilə Türkiyə dövləti Azərbaycana ciddi mənəvi dəstək ifadə edir, həm beynəlxalq platformalarda, həm siyasi və ikitərəfli münasibətlərdə ciddi dəstək verir.
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının noyabrın 2-də Bakıda keçirilən növbədənkənar iclasının iştirakçıları da Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın haqq mübarizəsində onun yanında olduqlarını bildiriblər. Türk Ticarət və Sənaye Palatasının sədri Mustafa Rifat Qarabağın iqtisadi inkişafı üçün bütün imkanları ilə Azərbaycana dəstək olacaqlarını, azad olunmuş torpaqların inkişafına dəstək verməyə hazır olduqlarını vurğulayıb. İclasda aparılan müzakirələr bir daha göstərir ki, Türk Şurasına üzv dövlətlərin qarşılıqlı investisiyaların yatırılmasına, ticarət əlaqələrinin genişləndirilməsinə, azad olunmuş torpaqlarımızın iqtisadi potensialının reallaşdırılmasına marağı böyükdür.
Yeri gəlmişkən, Türkiyənin “Aran Mobilya Dekarasyon İnşaat Sanayi ve Ticaret Limited” şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşdığını bildirib. Türkiyə şirkətləri tərəfindən bu cür açıqlamalara tez-tez rast gəlirik.
Təbii ki, əməkdaşlıq etmək istəyən ölkələrin və biznes dairələrinin sırası daha da genişlənəcək. Bu isə, ilk növbədə Azərbaycanda həyata keçirilən layihələrin özünü iqtisadi baxımdan doğrultması, perspektivli olması, ən əsası isə ölkəmizə olan dərin etimaddan irəli gəlir.
İşğaldan azad edilmiş və azad olunmaqda davam edən ərazilərimizin isə iqtisadi potensialı böyük, təbii ehtiyatları zəngindir. Əminliklə demək olar ki, Müzəffər Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı qələbələr ən qısa zamanda bu resurslardan səmərəli istifadə imkanı yaradacaqdır.

Oxşar xəbərlər

Madagizi işğaldan azad edən general danışdı - VİDEO
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
“Azərbaycan 30 il işğalda olan ərazisinin böyük hissəsini azad edib”
“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”
Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü - VİDEO
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
İşğaldan azad olunan Hadrutun peyk görüntüsü - FOTO
Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi
Prezidentdən yeni tvit: Daha 9 yaşayış məntəqəsi işğaldan azad olunub
Bu kəndlər də işğaldan azad edildi! - Prezident açıqladı
Zakir Həsənov işğaldan azad edilən kəndlərdən DANIŞDI
Əsgər məktubu: “Düşmənə qan uddururuq”
Hər bir yeni qələbə əsgərlərimiz sayəsində mümkün olur - Mehriban Əliyeva
“Əldə edilən kəşfiyyat məlumatlarına əsasən…” – Generaldan açıqlama
“Hər şey plan üzrə gedir” - İlham Əliyev
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
“Hər an müharibə başalaya bilər”
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
Tariximizdə Nadir Şah Əfşardan sonra torpaq alan dövlət başçısı İlham Əliyevdir
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
"Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək" - Prezident
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir
“Hər həftə onlarla yaşayış məntəqəsi işğalçılardan azad edilir” - Prezident
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım
Prezident Şefik Caferoviçə təşəkkür etdi
Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı - VİDEO
“Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bəyanat yaydı
Dünyanın 50 ən güclü orduları sırasına daxil olan Azərbaycan Ordusu