Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər - RƏSMİ
27-03-2020, 11:57
146

Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər - RƏSMİ

"Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Həmçinin, daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin, digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın  ictimai nəqliyyatla daşınmasını təmin etməkdir".
Bunu  Gundelik-baku.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 
Qurum rəsmisi avtobuslarlada qeydə alınan sərnişin sıxlığına da münasibət bildirib:
"Təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrini əməl etməyərək zərurət olmadan belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə qeyd olunduğu kimi fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və yoluxma riskini artır.   
Mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsini zəruri edir. Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları həyata keçiriləcək. 
Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər həmçinin, onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər".

Oxşar xəbərlər

Bakı metrosu bu gündən BAĞLANIR
Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb
Azərbaycanda nəqliyyatın ödənişində YENİLİK: İlk olaraq...
BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib? - Açıqlama
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
Sürücülərin nəzərinə: Bakının bu hissəsində... - FOTOLAR
Sükan arxasında siqaret çəkən 55 avtobus sürücüsü cəzalandırılıb
Bakıya 115 yeni avtobus gətirilir
Kranın yaşayış binasının üstünə aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş bağlanıb - VİDEO
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq - BNA
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
"Bakı Kart"dan istifadə edənlərə ŞAD XƏBƏR: BU TARİXDƏN...
Bakıda mötəbər tədbir: 2 marşrutun istiqaməti dəyişdirildi
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Şagirdlər ənənəvi ictimai nəqliyyatdan istifadə etməməlidirlər - Təhsil eksperti
Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə EDİR?
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Sərnişinlərə ŞAD XƏBƏR: yollarda gözləməkdən canınız qurtarır - AÇIQLAMA
Azərbaycanda karantindən istifadə edən işbazlar - VİDEO
Abşeron dairəvi dəmir yolundan istifadə edənlərin nəzərinə - Artıq yeni qaydada yoxlanılacaqsınız
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Hotellərə xüsusi loqo vurulacaq - RƏSMİ
“BakuBus”ın sürücüsü qadını təhqir etdi - VİDEO
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib