Koronavirusun əsgərlərimizə gedib çatması riski çoxalr - Xəbərdarlıq
6-11-2020, 10:28
131

Koronavirusun əsgərlərimizə gedib çatması riski çoxalr - Xəbərdarlıq

Demək olar ki, hər gün COVİD-19-a yoluxma sayı ilə bağlı rəqəmlər yüksəlir, rekord göstərici qeydə alınır, lakin rekordu belə sürətlə yeniləməyimiz heç də yaxşı hal deyil.
Bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, bu gün 1364 nəfərdə COVİD-19-a yeni yoluxma halı aşkarlanıb. Son günlərdə müşahidə edilən tendensiyaya uyğun olaraq, bu gün də sağalan xəstələrin sayı 768 nəfər olmaqla, yeni yoluxma sayından 2 dəfəyə yaxın az olub. Belə bir tendensiyanın davam etməsi isə onu göstərir ki, ölkədə koronavirus baxımından sanitar-epidemioloji vəziyyət nəzarətdən çıxa bilər:
“Hazırda ölkədə sanitar-epidemioloji vəziyyətə nəzarət edildiyini deyə bilərik. Ancaq yoluxma sayındakı artım belə davam edərsə, vəziyyət çətin olar. Hər kəs bu suala cavab verməyə və vəziyyəti düzəltmək üçün əlindən gələni etməyə çalışmalıdır. Biz dəfələrlə bildirmişik ki, indi ölkəmiz üçün ən həssas dönəmdir. Vətən müharibəsinin aparıldığı indiki dönəmdə insanlar yalnız özlərini deyil, torpağımız uğrunda döyüşən əsgərlərmizi də nəzərə almalıdırlar. Yoluxma sayının belə sürətlə artması bu virusun cəbhədəki əsgərlərimizə gedib çatması riskini də çoxaldır”.
Y.Abdiyeva qeyd edib ki, virusdan qorunmaq üçün hər kəsin üzərinə düşən iş yalnız məsuliyyətli olaraq, qaydalara əməl etməkdir:
“Biz eyni zamanda qaydalara əməl etməyənləri də qınamalıyıq. Bunu hər birimiz edəriksə, qaydalara əməl etməyənlər, onu pozanlar gələn dəfə ona əməl etməyə çalışacaqlar. Beləliklə də cəmiyyətdə virusla bağlı davranış normalarımız daha da təkmilləşəcək”. (Trend)

Oxşar xəbərlər

Dünyada koronavirusdan ölənlərin sayı 1 milyona çatır
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Sentyabrda COVID-19-a yoluxma sayı hamı üçün həyəcan siqnalı olmalıdır - ÜST
İranda daha 422 nəfər virusdan öldü
Koronavirusla bağlı SON STATİSTİKA
ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi - STATİSTİKA
Azərbaycanda koronavirusa 988 yoluxma sayı ilə yeni rekord qeydə alındı
Rusiyada rekord sayda yoluxma - 355 nəfər öldü
Ötən həftə koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Çexiyada rekord sayda yoluxma qeydə alındı
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Temperatur da artır, yoluxma da: İsti ölkədə qorxunc rəqəmlər
Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH
Bir gündə 100 min yeni yoluxma - ABŞ şokdadır
ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ: - Mövcud epidemioloji vəziyyət dəyişə bilər
Gürcüstanda daha 87 nəfərdə koronavirus aşkarlanıb
Yaponiyada yeni yoluxma hallarının sayı artıb
Fransada bir gündə 13 498 nəfər koronavirusa yoluxdu
Ərəb ölkələrində koronavirusa yoluxma halları artır
Azərbaycanda yoluxma yenə artdı - 14 nəfər öldü
Azərbaycanda koronavirusa rekord yoluxma qeydə alındı
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Azərbaycanda son sutkada virusa yoluxma sayı açıqlanıb
Bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Azərbaycanda yoluxma sayı mini keçdi - 9 nəfər vəfat etdi
Azərbaycanda daha 139 yoluxma qeydə alınıb, 1 nəfər ölüb