Sabah hava necə olacaq? - PROQNOZ
27-03-2020, 12:15
233

Sabah hava necə olacaq? - PROQNOZ

Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gundelik-baku.com-a verilən məlumata görə martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. 
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.
Martın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8,
gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

Oxşar xəbərlər