“Əldə edilən kəşfiyyat məlumatlarına əsasən…” – Generaldan açıqlama
6-11-2020, 11:52
250

“Əldə edilən kəşfiyyat məlumatlarına əsasən…” – Generaldan açıqlama

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycan Ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini həkk etdirir”. 
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev “Düşmən tərəfindən törədilən bütün hərbi cinayətlər gücsüzlüyün, aşkar məğlubiyyətin təzahürü və sübutudur” başlıqlı məqaləsində bildirib. 
O, qeyd edib ki, artıq bütün dünya ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər, Azərbaycan dövlətinin müharibə şəraitində belə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçün əməli işlər gördüyünün şahidi olur. 
“Müdafiə Nazirliyi tərəfindən əldə edilən kəşfiyyat məlumatlarına əsasən aydın olub ki, Ermənistanın Xocavənd istiqamətinə xeyli miqdarda qadağan olunmuş ağ fosfor tərkibli hərbi sursat gətirərək Şuşa meşələrində yanğınlar törətməsi onların növbəti hərbi cinayət törətmək niyyətinin açıq-aşkar sübutudur. Düşmən döyüş və hərbi əməliyyatlar zamanı ordumuzun uğurlu irəliləyişinin qarşısını almaq məqsədilə ekoloji terror törədərək zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə edərək meşələri yandırmaqla ətraf mühitin qorunması üzrə beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların uzun müddət davam etməsində maraqlı olan riyakar düşmən döyüş meydanında məğlubiyyətini etiraf edir və hərbi cinayətlər törədərək dünyaya öz işğalçı və terrorçu imicini bir daha tanıdır.
Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan tərəfindən hərbi cinayətlər və dinc əhalinin atəşə tutulması davam edir. Azərbaycan Ordusunun nümayiş etdirdiyi təmkin və mərkəzləşmiş vahid komandanlıq altında idarəetmə sistemi ilə Ermənistan ərazisindən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir və çevriləcək”.

Oxşar xəbərlər

Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
Dünyanın 50 ən güclü orduları sırasına daxil olan Azərbaycan Ordusu
“Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır” - Prezidentin köməkçisi
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
Hər bir azərbaycanlının əbədi qürur duyacağı Komandan - TARİX YAZIR...
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Bu gecədən hərbi vəziyyət elan edilir - RƏSMİ
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
İlham Əliyev erməni xalqına MÜRACİƏT ETDİ
“Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Prezidentin köməkçisi erməni baş nazirin böyük səhvindən yazdı
Tariximizdə Nadir Şah Əfşardan sonra torpaq alan dövlət başçısı İlham Əliyevdir
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun 3 əsas nöqtəsini məhv edib (RƏSMİ)
Müdafiə Nazirliyi Tuğ kəndi ilə bağlı açıqlama yaydı
Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
“Məğlubedilməz” erməni ordusu mifi darmadağın oldu - deputat
Bu gün Hikmət Hacıyevin ad günüdür
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
Prezident: “İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq”
"Azad olunmuş ərazilərimizdə dini və mədəni irsimiz də məhv edilib" - Prezidentin köməkçisi
Prezidentin köməkçisi Ermənistanla sərhəddə - FOTOLAR
Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir - Prezidentin köməkçisindən xəbərdarlıq
Hikmət Hacıyev: “Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır”
Türkiyəli biznesmenlərdən Azərbaycana dəstək
“Düşmən döyüş meydanından qorxaraq qaçır“ - Hikmət Hacıyev
“Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bəyanat yaydı