Qubada tibb işçisi COVID-19-a yoluxan qohumunu övladları ilə görüşdürdü
6-11-2020, 13:40
193

Qubada tibb işçisi COVID-19-a yoluxan qohumunu övladları ilə görüşdürdü

Qubada karantin qaydalarını pozan tibb işçisi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba RMX-da koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.

Yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb və o, saxlanılaraq polis şöbəsinə gətirilib.

İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib.

Hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Oxşar xəbərlər

Karantin qaydalarını pozan tibb işçisi saxlanılıb
Qubada Covid-19 xəstəsi küçədə rahat gəzirmiş...
Qubada koronavirus xəstəsi qaydalara tabe olmadı
Karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular
Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Lənkəran və Masallıdan Qubaya “Aşura” mərasimi keçirməyə gəlmiş dindarlar həbs edildilər - Foto
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Qubada polis reyd keçirdi - Velosipedçilər cərimələndi
Televizor oğruları tutuldu - FOTO
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Azərbaycanda kənd karantinə alınıb, məktəblərdə koronovirus yoxlamaları aparılır
Əli Məmmədov oğurluğa görə saxlanıldı - FOTOLAR
Xaçmazda xüsusi karantin rejimini pozan 14 nəfər cərimələndi
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Lənkəranda Aşura mərasimi keçirməyə cəhd edənlər saxlanıldı
Xüsusi karantin rejimini pozaraq, həbs edilənlərlə görüş keçirildi - FOTO/VİDEO
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
İki saatlıq icazə ilə rayonu tərk etmək istədi, həbs olundu
“07” ilə "avtoşluq" edən dostlar saxlanıldı - FOTO
Bakıda karantini pozan model cərimələndi -
Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO
Siyəzəndə profilaktiki tədbirlər davam edir
Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb
İsmayıllıda ad günü məclisi təşkil edənlər cərimələndi
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Maska taxmayan 9 nəfər cərimələndi