Bu şəxs Bakıya maşının “baqaj”ında girməyə cəhd etdi - FOTOLAR
27-03-2020, 13:56
209

Bu şəxs Bakıya maşının “baqaj”ında girməyə cəhd etdi - FOTOLAR

"Bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla paytaxt və ya əks istiqamətdə getməyə cəhdlər göstərirlər".
Gundelik-baku.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində ona məxsus “VAZ 21074” markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində özünü isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.
Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyək paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb. T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

Oxşar xəbərlər

Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Xınayaxdı məclisi təşkil edənlər cərimələndi
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Qəbələyə istirahətə gələnlər cərimələndi
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
Polis Saatlıda reyd keçirdi
Maşın dərəyə aşdı: Sürücü öldü
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Polis onu söyən qonşusunu güllələdi
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Bakını tərk etmək istəyən koronavirus xəstəsi postda saxlanıldı
Lerikdə avtomobil aşdı: ölən var