Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda iki nəfər şahidin zərərçəkmiş qismində tanınmasına dair qərar qəbul edilib. Bunlardan biri BSU-nun müəllimi, digəri isə universitetdə ikinci təhsil almaq istəyən xanım olub.
Bundan başqa, məhkəmədə elan olunub ki, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın iş üzrə dindirilməsi üçün dəfələrlə çağırış göndərilməsinə, hətta barəsində məcburi gətirilmə qərarı çıxarılmasına baxmayaraq, onun prosesdə iştirakı mümkün olmayıb.
“Düzdür, polisdən məhkəməyə məlumat daxil olub ki, Nurlana Əliyeva səhhəti ilə bağlı olaraq ölkə xaricində müalicədədir və buna görə məcburi gətirilməsi mümkün olmayıb. Lakin sonradan rektor özü mediaya açıqlamasında Azərbaycanda olduğunu, ona məhkəmədən hər hansı çağırış göndərilmədiyini deyib. Məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını təklif edir”, - deyə hakim Əli Məmmədov bildirib.
Lakin Dürdanə Əliyeva buna etiraz edib və N.Əliyevanın şəxsən məhkəməyə gələrək ifadə verməsini istəyib: “Bu adam 3 ildir məhkəməni saymır. Təkidlə onun bura gəlməsini, dindirilməsini tələb edirəm”.
Daha sonra məhkəmə məcburi gətirilmə qərarının qüvvədə olduğunu, sabiq rektorun iştirakının təmin edilməsi ilə bağlı daha bir cəhd edilməsini məqbul sayıb.
Məlumat üçün bildirək ki, N.Əliyeva bir neçə gün öncə mətbuata açıqlamasında ölkədən qaçması ilə bağlı iddiaları yalanlamışdı: "Deyilənlər yalandır. Mən aydan arı, sudan duruyam, hazırda evimdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.
Qeyd edək ki, Dürdanə Əliyeva Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham olunur. O, BSU-nun 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul almaqda təqsirli bilinir. O, bu işləri Nurlana Əliyevanın göstərişi ilə etdiyini deyir. Buna görə də sabiq rektorun məhkəmədə dindirilməsini istəyir.Xatırladaq ki, Nurlana Əliyeva 2021-ci ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.
Nurlana Əliyeva yenə məhkəməyə gəlmədi
06
mart
14:17

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sabiq rektor Nurlana Əliyeva məcburi məhkəməyə gətiriləcək
Məcburi məhkəməyə gətirilməsi tələb olunan Nurlana Əliyeva ölkədən çıxıb
“Aydan arı, sudan duruyam, evimdə oturmuşam”
Keçmiş rektorun həbsi tələb edildi
"Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim" - Sabiq şöbə müdiri
Sabiq şöbə müdiri insanları Milli Məclisdə işə düzəltmək adı ilə aldadıb
Rektorun həbsi tələb olunur - 140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı
"Üç illik təhsilə görə Dürdanə Əliyevaya 8 250 manat verdim" - Şahid
BSU-nun şöbə müdirinə cinayət işi açıldı
BSU-nun rektoru Nurlana Əliyeva həbs oluna bilər...- SENSASİON FAKTLAR
Nurlana Əliyevanı o əvəz edəcək - FOTO
Akademiyada təftiş başlayıb: Sabiq rektor ölkəni tərk edib? (İDDİA)
Baş Prokurorluq BSU-nun şöbə müdiri ilə bağlı açıqlama yaydı
Rafael Cəbrayılovun məhkəməsi ilə bağlı DİN-ə müraciət edildi
BSU-nun sabiq rektoru Nurlana Əliyeva niyə həbs olunmur? - Nurlana Əliyeva kimə arxayındır: Nənəsinin cəddinə, yoxsa Rusiyadakı dostlarına ?
Bahar Muradovaya YAP-da yüksək vəzifə verildi
Nurlana Əliyeva niyə “vuruldu”? – Rektorluqdan da yola salınır
Nurlana Əliyeva YOLA SALINIR... - İDDİA
100-dən çox tələbənin təhsil haqqını mənimsəyən şöbə müdiri şantaj edir - Rektordan etiraf
Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənildi
Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlməyib
Yeni rektor sələfinin daha bir kadrını işdən çıxartdı - ƏMR
Nurlana Əliyevadan sonra BSU-da nələr baş verir..? - BSU-nun tabeçiliyində olan Litseyin direktorunun rüşvət biznesi…
Reket bloger Ata Abdullayev şahidin məhkəməyə gətirilməsini tələb etdi
Bu məmurlar Səlim Müslümovun məhkəməsinə məcburi gətiriləcək
Samux təhsiili başlı-başına qalıb... - İLGİNC İDDİALAR...
Şöbədə arvadını güllələyən polisin məhkəməsi başladı
Rasim Məmmədovun məhkəməsi təxirə salındı
Elton Məmmədovla bağlı məhkəmə prosesi başladı
Vilyam Hacıyevdə pnevmaniya aşkar edildi
- Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi
- Avropada günün maraqlı futbol oyunları - AFİŞA
- Şuşaya axund təyin olundu
- İsveçrə Gülnarə Kərimovanın 1,4 milyardlıq əmlakına həbs qoydu
- Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO
- Mingəçevirdə qətl törədən şəxs saxlanıldı - (YENİLƏNİB)
- Davit Babayan da həbs olundu - RƏSMİ
- Ölkəyə külli miqdarda narkotik gətirənlər saxlanıldı - VİDEO
- Ürəyin ilk fəaliyyətə başlaması alimləri heyrətləndirdi
- Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq
- DİQQƏT! Bu qidalar dişlərə zərər verir
- Ərəblər Salah üçün böyük pul təklif edir
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”
- Bu vaxtlarda qəhvə içmək olmaz
- Həzm üçün zərərli olan tərəvəzlər
- Gecə yemək istəyindən qurtulmağın sadə yolları
- "MDB ölkələrinin güclü orduları olmalıdır" - Şoyqu
- Azad edilmiş ərazilərdə daha 29 mina aşkarnıb AŞKARLANDI
- Məşhur futbolçunun dördüncü övladı olacaq