İki oğlu şəhid olan Zeynəb ana: “Təki Vətən sağ olsun!”
7-11-2020, 15:44
210

İki oğlu şəhid olan Zeynəb ana: “Təki Vətən sağ olsun!”

Hazırda davam edən İkinci Qarabağ savaşında Azərbaycan Ordusu böyük qəhrəmanlıqla vuruşur. Bütün azərbaycanlılar yumruq kimi birləşərək, bu möhtəşəm döyüşə dəstək olmağa çalışırlar. Hər kəs Ordumuzun qələbəsində onun da payı olsun deyə əlindən gələni edir. Elə iki oğlunu Vətənin bütövlüyü, torpaqlarımızın düşmən tapdağından azad edilməsi yolunda itirən Şəhid anası Zeynəb ana da vuruşan əsgərlərə yardım etmək möhtəşəm bir addım atıb. Zeynəb ana öz oğlanları kimi cəbhədə döyüşən əsgər balalarına yardım etmək niyyətilə səfərbərlik üçün qeydiyyatdan keçib.

Zeynəb ananın böyük oğlu 1992-ci ildə, ikinci övladı isə 2016-cı ilin aprel döyüşlərində şəhid olub.

O, Modern.az-ın əməkdaşı ilə söhbətində xalqımızın başına müsibətlər gətirən ermənilərə nifrətinin illər keçsə də soyumadığını, gündən-günə artdığını söyləyib. Şəhid anası fikirləri ilə sanki bütün anaların ürəyindəki hissləri ifadə edib. Zeynəb ananın saytımıza müsahibəsini təqdim edirik:

- Zeynəb ana, müharibə şəraitindəyik və xalqımız birlik olub, orduya yardım edir. Sizin addımınız da böyük təqdirlə qarşılandı. Şəhid anası olaraq hansı hissləri keçirdiyinizi sizin dilinizdən eşitmək istəyərdik...

- Mən iki şəhidin anasıyam. Birini 1992-ci ildə, o biri oğlumu isə 2016-cı ildə baş verən Aprel döyüşlərində itirmişəm. Aprel döyüşlərində itirdiyim oğlum, kapitan Vaqif Bayramov evli idi və 3 uşağı vardı. İki balamın ölümünə səbəb olduqları üçün erməniyə ölənə qədər kin bəsləyəcəm. Mən yaşlı da, şil də, topal da olsam, cəbhədə mənim oğlanlarım kimi şücaətlə vuruşan əsgərlərimizə yardım edəcəyəm. Tibb bacısıyam, cəbhəyə gedə bilsəm, oradakı yaralı əsgərlərimizə tibbi yardım edə bilərəm. Tək bu deyil, nə iş tapşırsalar görərəm.

- Sizin kimi övladı şəhid olan yüzlərlə, minlərlə şəhid anası var. Onlara necə təsəlli verərdiniz?

- Mən onlara bircə söz deyə bilərəm, övladımız Vətənimiz uğrunda şəhid olub, bizim alnımız açıq, üzümüz ağdır. Gözümüzün nuru ilə böyütdüyümüz oğlanlarımız oğurluqda, quldurluqda yox, Vətən uğrunda canlarından keçiblər. Ona görə, mən özümə fərəh bilirəm ki, elə oğulların anasıyam. Elə mənim kimi bütün şəhid analarına da səslənirəm: həmişə fəxr edin ki, Şəhid anasısınız, təki Vətən sağ olsun!

- Azərbaycan xalqı bu günlərdə yumruq kimi birləşib, orduya dəstək olur. Şəhid ailələrinə, cəbhədə döyüşən əsgərlərimizin valideynlərinə, yaxınlarına da hər kəs yardım etməyə çalışır. Xalq olaraq, bu birliyimizi necə qiymətləndirirsiniz?

- Biz ordumuza, dövlətimizə minnətdar olmalıyıq ki, torpaqlarımızı azad edir, bayrağımızı ucaldır. Bayrağımız hər zaman ucalarda dalğalansın. Bu gün birlik günüdür və biz yumruq kimi birləşib, ordumuzun yanında olmalıyıq. Gələcək nəsil üçün əsgərlərimiz çox gözəl tarix yazır.

Oxşar xəbərlər

Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
Öldüyü iddia edilən Zeynəb Xanlarovanın qardaşı qızı: “Şərəfsizlikdir”
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu (VİDEO)
Zeynəb Xanlarova Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət etdi
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Oğlanları ilə birgə döyüşüb şəhid olan ata... - VİDEO
“Şəhid analarına həsəd aparıram“ - Afaq Bəşirqızı
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
“Biz gecə-gündüz vətənizimə xidmət edirik, hətta bir neçə imamımız cəbhədə vuruşur...”
“İndi mikrofona yox, silaha sarılmaq vaxtıdır” - Oğlu və qardaşı ön cəbhədə olan sənətçi
Zeynəb Xanlarovanın bacısı oğlu HƏBS EDİLDİ
Dindən silah kimi istifadə etmək istədilər - Fiasko
Şəhid psixoloqun anası: “Hər gün o mahnını oxuyur, rəqs edirdi...” (VİDEO)
Şəhid ailəsinə ödənişli təcili yardım göndərən Mərkəzi Klinikadan ETİRAF - "Bu çox böyük bir nöqsandır"
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
İlk qadın şəhidimizin ailəsindən - Videoreportaj
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Aparıcı canlı yayımda göz yaşına boğulub studiyanı tərk etdi
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
Şəhid Milli Qəhrəmanın ukraynalı xanımı: - “Rafaelin nəvələri ilə azad edilmiş Qarabağa gələcəyik”
Xalqın orduya inanılmaz dəstəyi: Bir ayda 77 milyon manat…
15 sentyabrda doğuldu, atasını erkən yaşlarında itirdi, yeni doğulan körpəsinin üzünü görmədi...
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Fransa vətəndaşı Qarabağda Azərbaycana qarşı vuruşur - Foto