Martın son 3 günü hava dəyişəcək: Yağış, külək!
27-03-2020, 16:36
198

Martın son 3 günü hava dəyişəcək: Yağış, külək!

Ölkə ərazisində hava şəratinin dəyişəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gundelik-baku.com-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, martın 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 
Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Oxşar xəbərlər