Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın
27-03-2020, 16:55
185

Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi ölkədə elan edilmiş karantin rejimini nəzərə alaraq yayılma ehtimalı olan virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir. 
Gundelik-baku.com xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hər bir hərəkət iştirakçısı “Evdə qal” kampaniyasına qoşulmağa dəvət edilir. 
"Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız.
Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və “Evdə qal” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır. Beləliklə də xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur.
Sürücülərdən, xüsusən də hazırda paytaxda bölgə qeydiyyatında olan dövlət nömrə nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar.
Əlavə olaraq, bir daha bildiririk ki, karantin tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı, xüsusən də sürücülər bu tələblərin yerinə yetirilməsini anlayışla qəbul edəcəklər", - deyə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilir. 

Oxşar xəbərlər

Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
DYP əhaliyə müraciət etdi
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
Karantin rejiminə baxmayaraq tranzit yük avtomobillərinin hərəkəti təmin edilir
DYP-dən piyadalara müraciət
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
40 manat cərimələnə bilərsiniz - DYP-dən piyadalara müraciət
DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
Bu sürücülər 400 manat cərimələnəcək
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Azərbaycanda dəhşətli YOL QƏZALARI
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Şənbə-bazar şəxsi maşınların hərəkətinə icazə veriləcək - Açıqlama
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Lənkəranda dövlət yol polisi yeni dərs ilinin başlanması ilə bağlı tədbirləri davam etdirir
Yol Polisi Bakı, Sumqayıt və Abşerondan rayonlara gedənlərə xəbərdarlıq edib
BNA: Bakı küçələrində sıxlıq müşahidə olunur
“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Sabah Bakıdakı işıqforlar fərqli qaydada işləyəcək
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Yol polisləri qaydaları belə pozdu - VİDEO
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Dərman qutusu olmayan sürücülər cərimələnəcək? - AÇIQLAMA
Bakı polisindən karantin rejmi ilə bağlı AÇIQLAMA
Bakı polisi nəzarəti gücləndirdi - Xüsusi karantin rejim ilə bağlı (FOTO)
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir?
Bakıda mötəbər tədbir: 2 marşrutun istiqaməti dəyişdirildi