Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib
9-11-2020, 09:40
93

Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib

2020-ci il 08 Noyabr tarixində Agentliyə Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 19 (on doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.
ANAMA-dan verilən məlumata görə, daxil olmuş 21 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Avşar, Mirəşelli, Taxtakörpü, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Əfətli, Üçoğlan kəndləri, Beyləqan rayonunun Milabad kəndi, Cəbrayıl rayonunun Mehdili kəndi, Füzuli rayonunun Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Kərimbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Meşəli kəndi, Tərtər rayonunun Yenikənd, Çaylı, Seyidimli kəndləri və Şıxarx qəsəbəsi, Xocavənd rayonunun Ağoğlan qəsəbəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 29 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 296 ədəd tank əleyhinə mina, 21 ədəd tank əleyhinə minanın partladıcısı, 168 qram qara barıt, 903 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 1 ədəd piyada əleyhinə mina (PMN) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.





Oxşar xəbərlər

Ermənistan ordusunun 10 rayonumuzun kəndlərinə atdığı partlamamış mərmilər zərərsizləşdirilib
Düşmənlə təmas xəttində raket və mərmi qalıqları aşkarlanıb
Cəbhəboyu ərazilərdə mərmi, dron və bir sıra sursatlar zərərsizləşdirildi - FOTO
Cəbhəboyu ərazilərdə raket və top mərmiləri AŞKARLANDI - FOTO
Düşmənin rayonlarımıza atdığı fosforlu top və raket mərmiləri zərərsizləşdirilib
Ermənilər mövqelərimizi atəşə tutub
Cəbhə xəttində erməni təxribatı davam edir
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu
Düşmən Tərtər və Goranboyu intensiv atəşə tutur
İşğaldan azad edilən ərazilər - TAM SİYAHI
Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı
Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu
Cəbhədən yeni xəbər
Ermənistan atəşkəs rejimini sutka ərzində 65 dəfə pozub
Düşmən minaatanlarla atəş açdı - Gornaboy, Gədəbəy, Tərtər...
Sutka ərzində atəşkəs rejimi 37 dəfə pozulub
Ermənilər atəşkəs rejimini sutka ərzində 54 dəfə pozdu
Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub
Ermənilər bu rayonlarımızı atəşə tutdu
Ermənilər atəşkəs rejimini sutka ərzində 45 dəfə pozdu
Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI
Ermənilər atəşkəs rejimini sutka ərzində 57 dəfə pozdu
Cəbhədə GƏRGİNLİK: Düşmən iriçaplı pulemyotlardan bölmələrimizi atəşə tutdu
Ermənistan atəşkəs rejimini 29 dəfə pozdu
Atəşkəs yenə pozuldu
Ermənilər atəşkəs rejimini sutka ərzində 46 dəfə pozub