Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
9-11-2020, 10:00
183

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Bu il Dövlət Bayrağı Günü xüsusən əlamətdar ab-havada qeyd edilir.

27 sentyabr 2020-ci il tarixində Ermənistanın siyasi-hərbi rəhbərliyinin Azərbaycana qarşı yeni hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Tərtər, Xocavənd, Xocalı rayonlarında beş şəhər, 215 kənd və üç qəsəbə işğaldan azad olunub. Artıq Azərbaycan bayrağı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində, Hadrut qəsəbəsi üzərində dalğalanır.

8 noyabr isə Azərbaycanın yeni tarixinin ən əlamətdar günü hesab etmək olar. Bu tarixdə Azərbaycan Ordusu Qafqazın incisi, Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşanı düşmən işğalıdan azad etdi və üçrəngli bayrağımız Qarabağın ürəyində dalğalanır.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, - Ali Baş Komandan İlham Əliyevin bu sözləri düşmən işğalından azad olunan Qarabağın yenidən çiçəklənəcəyi, Azərbaycanın ən dilbər guşələrindən birinə çevriləcəyinə əminlik yaradır.

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı günüdür
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
Dövlət Bayrağı Günündə ekspres xətlər üzrə avtobuslar işləyəcək
3 gün iş olmayacaq
Əsgərlərin iştirakı ilə bayraq yürüşü - Qaradağda (FOTO
Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik
İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb
"“Parça” “bayraq” sözü ilə əvəz olunmalıdır" - Deputatdan TƏKLİF
Bakı-Sumqayıt qatarı noyabrın 9-da bu rejimdə işləyəcək - CƏDVƏL
Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ KEÇİRİLİB
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
Zəngilana Azərbaycan bayrağı sancıldı - VİDEO
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
Azərbaycan bayrağı Şuşada ucaldıla bilər - Ovannisyan
Vilayət Eyvazov paytaxt sakinləri ilə görüşdü
Naxçıvan MSK-ya sədr seçildi
Bu gün Azərbaycanda Bilik günüdür
Azərbaycan bayrağı Cəbrayıla belə sancıldı - VİDEO
Universitetdə toplantı
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
“Bayrağa sataşan Vətən xainidir“ - Xuraman Şuşalıdan AÇIQLAMA
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
"8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir" - deputat
Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd edilir - VİDEO
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Əcnəbilərə övladlığa verilən uşaqların sayı açıqlanıb
Lüksemburqun idman naziri "Qarabağ"dan üzr istədi
Azərbaycan bayrağı Avropanın ən böyük qülləsində (FOTOLAR)
Qardaş ölkədən Azərbaycana daha bir dəstək