“Şuşa yenidən təkcə Azərbaycanda deyil, bütün Qafqazda yaradıcı sənayenin mərkəzinə çevriləcək”
Bu sözləri Şuşanın azad olunması münasibətilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, yaradıcı və mədəniyyət sənayeləri dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir: “Yaradıcı sektor iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən yadacıcı sənaye sahələrinə musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, xalçaçılıq, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir. Bu mənada Şuşada yaradıcı və mədəniyyət sənayelərinin inkişafı potensialı böyükdür.”
Vüsal Qasımlının sözlərinə görə Şuşa Qafqazın konservatoriyası şöhrətini özünə qaytara biləcək: “Burada musiqi məktəbləri, konservatoriya, musiqi alətləri sənayesi, “Xarı Bülbül” festivalı da daxil olmaqla müxtəlif musiqi tədbirləri şəhərin şöhrətini özünə qaytaracaq. Şuşada həmçinin turizmin inkişaf potensialı var. Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. Şuşa tarixi, sağlamlıq və mədəni turizm üçün böyük imkanlara malikdir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edir. Turşsu şəfalı və müalicəvi suyu isə sağlamlıq turizminin inkişafına gətirib çıxaracaq. Şuşa həm də Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi inkişaf imkanlarına malikdir.”
V.Qasımlı sonda deyib ki, “Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, biz Şuşanı dirçəldəcəyik. Digər işğaldan azad olunan ərazilərimiz kimi, Şuşanın da Azərbaycanın tərkibində sürətli inkişafı gözlənilir. Mərhələlərlə, işğaldan azad olunan ərazilərimizdə kommunikasiyalar bərpa olunacaq, yaşayış və iqtisadiyyat canlandırılacaq. Şuşanın işğaldan azad edilməsi isə Azərbaycan dövlətinin, cəmiyyətinin və iqtisadiyyatının intibah dövrünə qəqəm qoyması deməkdir. Ali Baş Komandanın rəhbərliyilə torpaqlarımız azad olunduqca, bərpa olunan tarixi ədalət inkişafımıza əlavə stimul verir, cəmiyyətdə inamı və özgüvəni artırır. İnam və özgüvən isə hər bir inkişafın əsasında dayanır.”
“Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək” - Vüsal Qasımlı
09
noyabr
10:57

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Nadir ağlaya-ağlaya yardım istədi - Video
Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ
Cəbhədəki son vəziyyət açıqlanır - CANLI YAYIM
Qarabağın enerjiyə olan tələbatını ödəmək imkanı olacaq
Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi
Türkiyədə məşhur Çora məbədi məscidə çevriləcək - FOTO
Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi
"Siz bunları etdikcə Şuşada Qarabağ şikəstəsi yüksələcək, Təbrizdə Xətainin, Nadir Şahın..."
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
2021-ci ilin dəbdə olacaq rəngi elan edildi
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Azərbaycanda koronavirusa görə atılacaq addımlar - Açıqlandı
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
"V qrupda qabiliyyət tələb edən bəzi imtahanlarda dəyişiklik edilib"
“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
İşğaldan azad olunan ərazilərə vurulan zərər müəyyənləşdirilir
Teleport texnologiyaları Azərbaycanda Covid-19 ilə mübarizəyə dəstək olacaq
"Şuşa mənim qəlbim və nəfəsimdir"
Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib
İsa Qəmbər İlham Əliyevi təbrik etdi
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Azərbaycan bayrağı Şuşada ucaldıla bilər - Ovannisyan
Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb
“Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır”
Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
“180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” – Rəsul Quliyevin hesablaması
Mədəniyyət Nazirliyində yeni islahatlar başlayır
Tərtərin Şuşa həsrəti ilə yaşayan ən yaşlı cütlüyü: "Qaça-qaça gedərik” - VİDEO
“Erməni ordusu qəsdən Şuşa meşələrini yandırır”
Ermənilər Şuşanı itirdiklərin etiraf etdi
- Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər
- Ağsuda yaşayış evi yandı
- İsmayıllı sakinini bıçaqlayaraq öldürən şəxs SAXLANILDI - YENİLƏNİB
- ABŞ-da "Z" simvolu olan hərbi yük maşınları satışa çıxarıldı
- Kəlbəcərdə şəhid olan əsgərimiz sabah Qusarda dəfn ediləcək - FOTO
- Dünyada qadınların girməsinin qadağan olduğu yeganə yer - FOTO
- Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
- "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün ayrı-seçkiliyə məruz qalır” - Hikmət Hacıyev
- Türkiyəli fenomenin bacısı SAXLANILDI
- Əlində qumbara partlayan Vətən Müharibəsi iştirakçısı ÖLDÜ -YENİLƏNİB
- Türkiyəli rep ifaçısı qəzaya düşdü: Konserti ləğv olundu
- Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində həlak olub
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”