Novruz bayramı günlərində insanlar tərəfindən ən çox istehlak olunan qidalardan biri də çərəzlərdir. Yüksək qidalılıq dəyərinə və zəngin tərkibə malik olan çərəzlər insan orqanizminin ehtiyac duyduğu gündəlik vitamin və mineral normasını qarşılayır. Eyni zamanda, beynin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.
Bu barədə Qida Təhlükəsizliyi İnstitutu əməkdaşalrının hazırladığı elmi məqalədə bəhs olunur.
Qida dəyəri yüksək olduğuna görə bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını qarşılamağa kifayət edir. Qoz, fındıq, badam, fıstıq, iydə və innab kimi çərəzlər miqdarına diqqət edilməklə, gün ərzində istehlak oluna bilər.
Qoz yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink və fosfor kimi orqanizm üçün vacib komponentlərlə zəngindir. Bu, orqanizmin ehtiyacı olan bitki tərkibli Omega-3 yağ turşusunu təmin edən yeganə çərəzdir. E vitamini və alfa-linolenik turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir göstərir. Damarların kirəcləşməsinin qarşısının alınmasına, xolesterolun səviyyəsinin və qan şəkərinin stabilləşməsinə kömək edir. Tərkibindəki lif və proteinin sayəsində Alzheymer xəstəliyinin və şəkərli diabetin yaranmasını ləngidir. Stres və yuxu problemini aradan qaldırır. Eyni zamanda, sümüklərin güclənməsini və dəri hüceyrələrinin daha cavan qalmasını təmin edir.
Fındıq insan orqanizmi üçün olduqca faydalıdır. Fındığın tərkibi zülallarla, karbohidratlarla, doymamış yağlarla, E və B qrupu vitaminlərlə, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibində olan yağların 96 faizi insan orqanizmi üçün faydalı olan doymamış turşular olan olein və linolindən ibarətdir. Bu çərəz immun sistemini gücləndirir, diabet riskini azaldır, eləcə də sinir sistemi üçün faydalıdır və xərçəngə qarşı orqanizmi qoruyur. Fındıq bağırsaq üçün də çox faydalıdır. Eyni zamanda tərkibindəki liflər və vitaminlər əzələləri gücləndirir, hüceyrələri yaşlanmaya qarşı qoruyur, insanda toxluq hissini artırır. Fındığın tərkibi triptofan və izoleysin amin turşuları ilə zəngin olduğu üçün beynin fəaliyyətini və zehni qabiliyyəti yaxşılaşdırır.
Badamın tərkibi lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Dadına görə badam acı və şirin olmaqla, 2 növə bölünür. Şirin badam təzə halda yeyilir və qənnadı sənayesində geniş istifadə olunur. Acı badamdan isə ətriyyat və əczaçılıq sənayesində istifadə edilir. Son zamanlar qida rasionumuzda yer alan badam südü laktozasız və xolesterolsuz olduğu üçün inək südünə alternativ kimi istifadə edilir. Badam ürək-damar xəstəliklərinə qarşı olduqca faydalıdır, qan təzyiqini tənzimləyir, beynin fəaliyyətini yaxşılaşdırır. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın ac vaxtı istehlakı tövsiyə olunur.
Fıstığın tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və proteinlə olduqca zəngindir. Bu çərəz həzm prosesinin yaxşılaşması, qan təzyiqinin tənzimlənməsi, immun sisteminin gücləndirilməsi və qanazlığı üçün faydalıdır. Zehni fəaliyyətin inkişafına müsbət təsir etdiyi üçün uşaqlar tərəfindən də istehlakı tövsiyə olunur.
İydə və innabın tərkibində orqanizm üçün zəruri olan bir çox maddələr var. Bu maddələr orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. İydə kalori dəyəri aşağı olduğundan pəhriz saxlayanlar üçün əlverişlidir. C vitamini ilə zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyaları üçün faydalıdır.
Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir. Bu qidanı diabet xəstələrinə də məsləhət görürlər. İnnab böyrək və tənəffüs orqanları xəstəlikləri üçün də faydalıdır. Uşaqların da innabdan istifadə etməsi tövsiyə olunur.
Çərəzlərin qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur. Çünki çərəzlər qovrulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi baş verə bilər.
Çərəzləri alarkən xarici görünüşə və məhsulun satışa qədər düzgün saxlanılıb-saxlanılmamasına diqqət yetirmək lazımdır. Çərəzlər bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun olmayan qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanmamasının və sağlamlıq üçün təhlükəli olmasının göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir.
Çərəzlərin istehlakı zamanı bu qaydalara əməl olunması vacibdir
22
mart
12:18

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır?
Yerkökü həm də saçları uzadırmış - FAYDALARI
Makaronun bilmədiyimiz faydaları
Armudun bitməyən faydaları – İnanmayacaqsız!
Bu qidalar sizi koronavirusdan qoruyur
Fındığın bilmədiyimiz faydaları
Turşuların bizi hansı xəstəliklərdən qoruduğunu bilirsiniz?
Bu qidalar boyun uzanmasına kömək EDİR
Saçı tökülənlər bu qidaları yesin - SİYAHI
Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdır?
Dərini gənc saxlayan qidalar
Arıqlamaq istəyənlər, yuxusuz qalanlar balqabaq tumu yesin - FAYDALARI
Nazirlik immunitetin gücləndirməyin üsullarını AÇIQLADI
Marketdən evinizə gətirdiyiniz "ölüm yağı" - XƏRÇƏNG YARADIR VƏ...
DİQQƏT! Bu göyərti zəhərlənməyə səbəb olur
14 gün bitdikdən sonra koronavirus xəstəsi yenidən test verməlidirmi? - AÇIQLAMA
Özünütəcrid rejimində insan üçün vacib olan vitamin açıqlandı
Qazlı içkilərin insan orqanizminə təsiri
DİQQƏT! Pəhriz saxlayarkən bu qidalardan UZAQ DURUN
Səhiyyə Nazirliyindən əhaliyə MÜRACİƏT
Kafe və restoranlara yeni tələblər qoyulacaq
AQTA-dan qida əlavələri ilə bağlı xəbardarlıq
Badamın sağlamlığa faydaları nələrdir?
Heyvanın bimədiyimiz faydaları - 1001 dərdin dərmanıdır
Qış aylarında tez-tez xəngəl yeyənlərin NƏZƏRİNƏ: Xəstəlik yaradır
Ekzotik meyvələr necə yeyilməlidir? - Dietoloq məsləhətləri
Bu qidalar trombun qarşısını ALIR
Mövsimi olmayan meyvə-tərəvəz: Dietoloq xəbərdarlıq etdi
AQTA-dan XƏBƏRDARLIQ
“Xəstələnmədən qorunmanın əsas yollarından biri məhz...” - Mütəxəssis rəyi
- Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi
- Avropada günün maraqlı futbol oyunları - AFİŞA
- Şuşaya axund təyin olundu
- İsveçrə Gülnarə Kərimovanın 1,4 milyardlıq əmlakına həbs qoydu
- Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO
- Mingəçevirdə qətl törədən şəxs saxlanıldı - (YENİLƏNİB)
- Davit Babayan da həbs olundu - RƏSMİ
- Ölkəyə külli miqdarda narkotik gətirənlər saxlanıldı - VİDEO
- Ürəyin ilk fəaliyyətə başlaması alimləri heyrətləndirdi
- Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq
- DİQQƏT! Bu qidalar dişlərə zərər verir
- Ərəblər Salah üçün böyük pul təklif edir
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”
- Bu vaxtlarda qəhvə içmək olmaz
- Həzm üçün zərərli olan tərəvəzlər
- Gecə yemək istəyindən qurtulmağın sadə yolları
- "MDB ölkələrinin güclü orduları olmalıdır" - Şoyqu
- Azad edilmiş ərazilərdə daha 29 mina aşkarnıb AŞKARLANDI
- Məşhur futbolçunun dördüncü övladı olacaq