Son günlər koronavirusa yoluxanların sayında nəzərəçarpan artım müşahidə edilsə də, insanların bu xəstəliyə əvvəlki qədər ciddi yanaşmadığı açıq şəkildə hiss edilir. Əvvəlki dövrlərdən fərqli olaraq xəstələr evlərində müalicə olunmağa üstünlük verirlər. Əksəriyyət çox zaman həkim məsləhətinə belə lüzum görməyərək əvvəllər koronavirusa yoluxmuş hər hansı bir şəxsin reseptindən istifadə edir. Digər tərəfdən insanlar təcrid prosesinə də məhəl qoymurlar. Belə ki, Daxili İşlər Nazirliyi hər gün koronaviruslu xəstələrin ictimai yerlərdə olması ilə bağlı məlumat paylaşır.
Maraqlıdır, insanlardakı bu rahatlığın səbəbi nədir?
Məsələ ilə bağlı açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, hazırda hətta özündə koronavirusun simptomlarını hiss edən xəstələr belə yoxlamadan yayınırlar:
“Çünki yoxlama olsa, təcrid olunmalıdırlar. İkinici bir tərəfdən poliklinikalar özləri xəstələrin lazımi səviyyədə təcrid olunub-olunmamasına nəzarət eləmir. Bir neçə şəxs mənə deyib ki, gəlib onlardan analiz götürürlər, cavabın üç gün sonra çıxacağını bildirib gedirlər. Bu xəstə üç gün ərzində gəzir və ona heç yerə getməməli olduğunu deyən yoxdur. Üç gün sonra gəlib şəxsə dərman verirlər, bundan sonra da bir adam gəlib baxmır ki, xəstə karantin qaydalarına əməl edir, ya yox?! Yəni bu işlərə cavabdeh olan şəxslərin yanaşması hələ belədir”.
Həkim qeyd edib ki, el arasında çoxbilmiş xəstələr var ki, onlar müalicəni özləri həyata keçirməyə cəhd edir:
“Görürsən ki, bəziləri müəyyən narahatlıq hiss etdikdə həkimlərlə kontakta girirlər və koronavirus olub-olmadıqlarını müəyyənləşdirirlər. Vəziyyəti öyrəndikdə isə özlərini müayinə etməyə başlayırlar. Heç onlar müalicə etməsələr də, ətraflarında çoxlu sayda orta tibb işçisi var ki, bu dəqiqə güclü şəkildə koronavirusun müalicəsilə məşğuldur. Mənə bir xəstə müraciət etmişdi. Onun dediyinə görə, məhəllələrində hamı sistem qoşdurur. Yəni orta tibb işçiləri TƏBİB-in tətbiq etdiyi prosesi öyrənib ondan istifadə edirlər”.
Həmsöhbətimiz vurğulayıb ki, yoluxmadan xəbərdar olduqları halda özlərini təcrid etməyənlər də var. Çünki insanlarda məsuliyyət hiss yoxdur:
“Həmçinin əvvəlki dövrdən fərqli olaraq indi qorxu hissi də yoxdur. Ona görə də rahatlıqla camaat arasında gəzib yoluxdururlar. Nəticədə yoluxanlar da başqalarını yoluxdurur, beləliklə, say artır. Gənclərdə, adətən, ağır fəsadları olmadığına görə insanlar ona adi bir qrip kimi baxırlar. Sadəcə yaşı 40-dan yuxarı olan şəxslər ağciyərlərində ciddi fəsadlar olanda onlar qorxuya düşürlər və müəyyən prosedurlara əməl edirlər. Amma cavan adamlar vitamin qəbul etməklə məsələni həll etməyə çalışırlar. Ona görə də aidiyyəti orqanlara müraciət edənlərin sayı az olur”.
“Koronavirusa yoluxmuş xəstəyə bir dərman verib gedirlər...“ - ETİRAZ
09
noyabr
17:20

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olan ÜST rəhbərindən AÇIQLAMA
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
Ermənistanın polis əməkdaşları koronavirusa yoluxdular
Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib
“Nə dərman verirlər, nə iynə vururlar, Bakının demək olar ki, bütün poliklinikaları belə işləyir...” - ETİRAZ
Azərbaycanı payızda gözləyən təhlükə - “İcazə vermirlər ki, gətirsinlər...”
Azərbaycanda kənd karantinə alınıb, məktəblərdə koronovirus yoxlamaları aparılır
Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - RƏSMİ
Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur?
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
“Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Koronavirusa qarşı immunitet 1 ay sonra təsirini itirir
Qriplə koronavirusun 3 əsas fərqi - Həkim AÇIQLADI
3 uşaq koronavirusa yoluxub – Azərbaycanda
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır - 16 nəfər ölüb
Azərbaycanda koronavirusa yoluxan qadının əri həkimlərə hücum etdi — YABA İLƏ
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
Balakəndə yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Şagirdlər məktəbdə virusa yoluxub? - AÇIQLAMA
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
Baş həkim: "Sona qədər koronavirusa qarşı mübarizədə iştirak edəcəyik"
Gürcüstanda son sutkada 218 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- "Putin mənim üçün heç kimdir" - Zelenski
- "Toyota"nın prezidenti istefa verəcək
- Ova cəhd edənlər cəzalandırıldı
- "Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - FOTO
- İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN
- Parlamentdə qaz limiti ilə bağlı dinləmə keçirilsin - TƏKLİF
- Naxçıvanla bağlı daha bir yenilik - Martın 1-dək...
- “Səsimizi çıxartmağa qorxuruq, çünki bizi işimizdən edərlər” - NARAZILIQ VAR!
- “Vosmoy”da bazarlıq edən arvadını bıçaqladı
- Aygün Bəylərin SON VƏZİYYƏTİ necədir?
- Daha bir serial final edir
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- Meksika klubu Dani Alveşlə müqaviləni ləğv etdi
- Genesis kripto birjası müflis oldu
- Britaniyada kilosu 21 dollara satılan ağ çiyələk yetişdirilib
- Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib
- Çin zooparkında pələng üç aslan tərəfindən parçalandı
- Demet 7 milyon qazandı
- “Müğənnilərin çoxu kiminsə “saxladığı”dır” ittihamı qalmaqal yaratdı
- Azərbaycan-İordaniya matçının tarixi bəlli oldu
- Azərbaycanda məşhur müğənni həyat yoldaşı ilə görüntüləndi - FOTO
- Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi
- “Qaçqınkom”un Departament direktorunun müavini Azər Eminovun qaranlıq keçmişi.... - Səbuhi Əhmədovun müavininin qardaşı Sevan, bacısı Klara ...