Fəxrəddin Manafov əsgərlərə məktub yazdı: “Sizin haqqınızda kinolar çəkiləcək“
9-11-2020, 00:49
111

Fəxrəddin Manafov əsgərlərə məktub yazdı: “Sizin haqqınızda kinolar çəkiləcək“

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.
Modern.az saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edib.
Bu dəfə Azərbaycan Respublikasının Xalq artisti, məşhur aktyor Fəxrəddin Manafov “Əsgərə məktub” yazıb:
“Azərbaycan Əsgəri, mən səni bağrıma basıb, səninlə qürur hissi keçirirəm. Bu gün yerinə yetirdiyin missiya tarixən sənin çiyinlərinə düşüb. 30 il bundan öncə Azərbaycan xalqından qan bahasına alınan torpaqlar, indi də qan bahasına geri qaytarılır. O zamanlar bizdə indiki birlik, güc, iqtisadiyyat, liderlik yox idi.
Ali Baş Komandan, cənab İlham Əliyev başda olmaqla sizə öz təşəkkürümü bildirirəm. İllər keçdikdən sonra sizin adlarınız Azərbaycan tarixinə qızıl həriflərlə yazılacaq. Artıq sizin balalarınız, gələcək nəsillər sizi qəhrəman, torpaqlarımızı düşmən tapdağından azad edən cəsur igidlər kimi tanıyıb, sizdən örnək götürəcək. Əsl vətən oğulları kimi tarixdə qalacaqsınız. Sizin haqqınızda şeirlər, əsərlər yazılacaq, kinolar çəkiləcək.
Əsgərim, qarşınızda baş əyirəm. Canları, qanları hesabına yağı düşməndən torpaqlarımızı geri alan əşəhidlərimizin qarşısında baş əyirəm. İnşallah, çox az qalıb. Allah sizə yar olsun. Baxmayaraq ki, yaş imkan vermir əlimizə silah alaq, amma arxa cəbhədə əlimizdən gələn yardımı edirik.
Qələbə bizimdir! Qarabağ bizimdir! Var olsun Azərbaycan, var olsun Azərbaycan Əsgəri! Var olsun Ali Baş Komandan, cənab İlham Heydər oğlu Əliyev!”.

Oxşar xəbərlər

“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
Fəxrəddin Manafov xəstəxanaya aparıldı
"Mən xalqımızla fəxr edirəm"
Əsgər məktubu: “Düşmənə qan uddururuq”
Fəxrəddin Manafov evə buraxıldı - FOTOLAR
İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
Etibar Məmmədovdan İlham Əliyevə məktub: “Bu, düşmənə toy tutulmasıdır”
Sabiq polis polkovnikindən Prezidentə müraciət: “Qarabağın hər qarışına bələdəm, istənilən tapşırığınızı yerinə yetirməyə hazıram!”
Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”-dən reaksiya: "Mənim adımdan "keçmiş olsun" deyərsiniz"
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
ADNSU “Əsgərə məktub!” layihəsinə qoşuldu - Fotolar
İsa Qəmbər İlham Əliyevi təbrik etdi
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
“Biz bu gün səngərdəyik!” - “Günay Bank”
Prezidentə yazırlar: Cənab Ali Baş Komandan, Sizin ətrafınızda sıx birləşib ərazi bütövlüyümüz uğrunda canımızdan keçməyə hər an hazırıq
"Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir" - İlham Əliyev
"Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır"
Mixail Qusman Mehriban Əliyevanı təbrik etdi
Türkiyə rəsmisi “The New York Times”a xəbərdarlıq etdi
"İlham Əliyev Azərbaycan xalqının Atatürküdür"
"Bütün torpaqlarımız azad edilənə qədər Azərbaycan mübarizəyə davam edəcək"
Qadına 100 il öncə göndərilən məktub ÇATDI - FOTO
Paşinyan bu dəfə Putinə məktub yazdı
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
Ziya Məmmədov döyüşmək istəyir: "Ön cəbhəyə yollanmağa hazıram" - Keçmiş nazirdən ilginc açıqlamalar
Azərbaycan əsgəri tarix yazır - Video
"Atam yazıb ki, tək saxlanılır" - Kəlbəcərli girovlardan xəbər var
“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
“Siz möhtəşəm tarix yazırsınız” - Prezidentə yazırlar