Son zamanlar aktual problemlərdən biri də sosial şəbəkədə şəxsin şərəf və ləyaqətini alçaldan təhqiramiz ifadələrin işlədilməsidir. Təbii ki, hər kəsin fikir bildirməyə haqqı var. Lakin heç kim bundan sui-istifadə etməməlidir. Bəzən şahidi oluruq ki, açıq səhifə işlədən, yaxud tanınmış insanların paylaşımlarının altına onu şəxsən tanımayan, bir dəfə olsun kəlmə kəsməyən adamlar gəlib təhqiramiz şərhlər yazır, söyüş söyürlər. Məhz buna görə də TikTok kimi sosial şəbəkələrin istifadəsinin məhdudlaşdırılması tələb olunur.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu bildirib ki, insanların bu hərəkəti uzunmüddət qəfəsdə qalan göyərçini xatırladır:
“Necə ki, göyərçin uzun müddət qəfəsdə qalır, sonra da bir dəcəl uşaq gəlir onun qapısın açır, bu zaman göyərçin əməlli-başlı fırlanır, göylərə qalxmaq istəyir. Amma görür ki, göy buna aid deyil. Sonra yenidən aşağı enməyə başlayır. İnsanlar da bax belə cızığından çıxır. Elə bilirlər ki, hər şey onundu, necə istəyirsə, elə də davrana bilər. Mənim 60 yaşım var. Lakin bir dəfə belə olsun TikTok istifadəçisi olmamışam. Çünki mənə TikTok lazım deyil. Tiktok işlədən insanlar isə qanmırlar. Qanmırlar ona görə ki, TikToku düzgün işlədəcək qədər başları yoxdur. İnsanlar TikTokdan ancaq ədəbsizliyi təbliğ etmək məqsədilə istifadə edir. Onlar düşünürlər ki, bu yolla içimizdəki pisliyi insanlara sırıya bilərik".
Jurnalist deyib ki, bəzi adamlar ancaq qalmaqal yaradıb gündəmə gəlmək, məşhurlaşmaq istəyirlər: "Ona qalsa, mən də çox şey istəyə bilərəm, lakin düşünürəm ki, mənim savad dərəcəm ora qədər çatmır. Savad dərəcəsi çatanlar da cızığından çıxır. Müasir zəmanədə sosial şəbəkələrdə, elektron KİV-lərdə tez-tez bir-birin satma hallarına rast gəlinir. Bu hal isə rəqabət hissindən doğur. Üçüncü qrup insanlar isə ortada qalanlardı. İndiki zamanda kişi-qadın söhbəti yoxdur. Sosial şəbəkədə bir də görürsən kişi qadın kimliyinə, qadın isə kişi kimliyinə bürünür. O vaxtlar bir veriliş var idi. Həmin verilişə görə küçəyə çıxan zaman insanlar mənə hər cür söz deyirdi, sual ünvanlayırdı. Biri də qayıdıb deyir ki, filankəsə yardım üçün niyə az, digərinə isə çox maddi gəlir yığıldı. Mən bunların cavabın verə bilməyəndə aciz qalırdım. Nəhayət, mən özümü Xəzər TV-də tapdım. Mənə ən uyğun yer elə ora imiş. Bir neçə il bundan öncə cəmiyyətin ən aparıcı sahələri müğənnilər və jurnalistlər idi. Elə ki, pandemiya düşdü o başıboş, özünü varlı adam kimi göstərən müğənnilərin hər biri başladı ağlamağa. Lakin jurnalistika son dövrlərdə olduqca inkişaf edib. Çox savadlı aparıcılarımız var. Mən uşaqlarıma hər zaman deyirəm ki, ali təhsil, düzdür, vacibdir. Amma indiki göz önündə olanların əksəriyyəti diplomsuzdur. Övladlarıma daim deyirəm ki, sən lap fəhlə də olsan diplom almalısan ki, səhər gedib kiminsə evində daş daşıyanda səni aldatmasınlar. O vaxtlar Flora Kərimova ilə debata çıxmışdım. Durub ona kənar söz deyən adamı məhkəməyə vermişdi. Mən qayıdıb ona dedim ki, kimsə yazıb ki, Flora xanım yeriyəndə ayaqqabısı ayağından çıxdı. Buna görə adamı məhkəməyə verərlər? O şəxs sizin sayənizdə öz nüfuzun artırmaq istəyir. Siz niyə belə edirsiniz, dedim. Camaat elə bilir ki, kitab, qəzet oxumaqla savadlı olmaq olar. Savadlı olmaq onu oxumaq deyil, oxuduğunu qavramaqdır. İndi abır-həya deyilən şey qalmayıb cəmiyyətdə. İnsanlar boşanmağı və dəfələrlə evlənməyi özünə şərəf bilir.”
“Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
28
mart
15:33

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Kənan MM: “TikTok” bağlansın, super olar...
Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü "TikTok"da paylaşdı - Polis hərəkətə keçdi - VİDEO
Əməkdar artist: “Şəfiqə Nağıyevanın olduğu verilişə getmirəm”
Tolikdən sərt açıqlama: “Onlar cəmiyyətə bir manat xeyri olmayan insanlardır”
Komendat saatı ləğv olunur: SMS icazə gəlir?
Azərbaycanda teleqram və “TikTok” bağlanır?
Tanınmış jurnalistə vəzifə verildi
Qalmaqallı vəkil Şəfiqə Nağıyeva bu telekanala keçdi
Elman Nəsirov: “Sosial şəbəkələrdə anarxiya hökm sürür, tənzimlənməsi üçün qanuna ehtiyac var”
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
“TikTok-u mədəniləşdirmək istəyirəm” – Azər
Azərbaycanda yas mərasimlərinə məhdudiyyət tətbiq edilir?
29 yaşlı nazir buna görə tənqid olundu
Azərbaycanda “TikTok”a giriş bərpa edildi
Anar Vəziroğlu dava saldığı verilişə qayıtdı - Video
Tanınmış bankın adına oxşar səhifələr açıb pulları mənimsədi
Sizdə cadu var, yoxsa bədnəzər? - Zirəddin sirləri açıqladı
“İnsanları vətənindən didərgin, dövlətindən narazı salan bu cür adamlara vətən xaini demək olar...”
"Ayıb olsun, əməlli-başlı dərəbəylikdir" - Deputat AZAL-a "od püskürdü"
Tutuquşu ərin xəyanətindən arvada danışdı və şoka düşən qadın məhkəməyə üz tutdu...
"Qulağımız eşitməyən sözləri, gözlərimiz sosial şəbəkədən oxuyur" - Deputat
Azərbaycanlı deputatdan TRAMPA DƏSTƏK
Bilal Əliyevdən onu “TikTok”a görə təhqir edənlərə: “Hamısını məhkəməyə verəcəyəm”
“Kor deyilik, hamı görür ki, qiymətlər qalxıb” - Xuraman Şuşalı
“WhatsApp”la bağlı vacib məlumat: Fevralın 8-dən sonra... - VİDEO
Tanınmış jurnalist koronavirusa yoluxdu: - Vəziyyəti ağırlaşır
Meyxanaçılar narkoman olur? - “Dəfələrlə xəbərdarlıq etmişik...”
"Elə tanınmış müğənni var ki, onun da imkanı yoxdu"
"Aşk mantık intikam" buna görə cəzalandırıld
“Zaman keçdikcə, uşaqlarımız ya rusca, ya da türkcə danışacaqlar...”
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Tokio aeroportunda 2 təyyarə toqquşub
- Böyük Britaniyanın keçmiş baş naziri Conson parlamentdən istefa verdi
- Türkiyədə 2 bələdiyyə işçisi bir-birini güllələdi
- Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
- Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
- Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
- Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar
- Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib