Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“1. Müəyyən edilsin ki, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:
2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
2.3. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
3.1. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
3.2. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin”.
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM
29
mart
16:31

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevdən "Formula 1"lə bağlı SƏRƏNCAM
Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib - SƏRƏNCAM
Prezidentdən Avropa Çempionatı ilə bağlı SƏRƏNCAM
Bu şəxslərin quru yolla Azərbaycana daxil olmasına icazə verildi - RƏSMİ
“Formula 1”: Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək
DJ Hardwell Azərbaycan Qran Prisi üçün Bakıya gəlir
Bu gün Azərbaycan Qran-prisi başlayır
Bakıdakı "Formula 1" yarışının proqramı AÇIQLANDI - FOTO
"Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürür
"Formula 1"də iştirak edəcək komandalar artıq Bakıdadır
"Formula 1" üzrə Rusiya Qran-prisi ləğv edildi
“Formula-1” Azərbaycan Qran-prisində biletlərin qiyməti məlum oldu
Azərbaycanın Formula 1 ilə müqaviləsinin 10 il uzadılması gözlənilir
"Formula 1" üzrə Azərbaycan Qran-prisi canlı yayımlanacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisi yayımlanmaya bilər
"Formula 1" yarışı başlayıb
Bakıda "Formula 2" yarışı başladı
Bu gün Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək
Bakıdakı "Formula 2" yarışında sıralama turu başa çatdı - YENİLƏNİB
"Formula 1": Bakıda ilk sərbəst yürüş başa çatıb - YENİLƏNİB
Əcnəbilərin viza alması üçün portal istifadəyə VERİLDİ
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI
Azneft dairəsi 8 gün bağlı olacaq
Formula yarışlarına satılan biletlərin aqibəti necə oldu? - Rəsmi cavab
NİİM “Formula 1" ilə bağlı sürücülərə müraciət etdi
Bakıda "Formula 1" yarışı başladı
Bu şəxslər üçün viza tələbi ləğv edilir
Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər
"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq - SƏRƏNCAM
- 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərilir
- İranda sərhəd alayının zabiti öldürüldü
- Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- Rusiya Xersonu atəşə tutdu
- `YENİ KLİNİKA`da əyri işlər... DAVAM EDİR? - "Dedi ki, ya 10 000 manat verib qalarsan, ya da işdən çıxarılacaqsan"
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar