Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq.
Bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.
Eyni zamanda Beynəlxalq Əmək Təşkilatının transmilli şirkətlərin fəaliyyətinin və sosial siyasətinin prinsipləri haqqında üçtərəfli Bəyannaməsinə əsasən, transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin əmək və sosial- iqtisadi hüquqlarının qorunması ilə bağlı birgə iş aparılacaq.