Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Apa xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən budəfəki iclasda hadisə yerindən tapılmış paltarlarla bağlı rəy vermiş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadova dindirilib.
Ekspertin ifadəsində bir sıra ziddiyyətli hallar ortaya çıxıb.
Aysel Cavadovanın istintaqa ifadəsində bildirib ki, yanğın yerindən tapılan materiallar 2020-ci il yanvarın 17-dən fevralın 17-nə qədər tədqiq edilmək üçün onda olub.
Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəyində isə sözügedən materialların 13 yanvar 2020-ci ildən 21 fevral 2020-ci ildə qədər həmin qurumda olduğu qeyd olunub.
İlkin Süleymanovun vəkili Əlibaba Rzayev şahiddən bu məsələyə aydınlıq gətirməsini istəyib:
"Səhiyyə Nazirliyinin ekspertləri göstərir ki, ayın 13-dən o materiallar onlarda olub, yanvarın 24-nə qədər tədqiqat aparıblar. Fevralın 21-nə qədər rəy hazırlayıblar. Sonra isə prokurorluğa təhvil veriblər. Belə olan halda, həmin materiallar yanvarın 17-də sizdə necə ola bilərdi?”
Ekspert materialların onda olduğunu və onların üzərində tədqiqat apardığını bildirib.
Aysel Cavadovanın ifadəsində mübahisə doğuran başqa bir məsələ üzərində qan ləkəsi olan qırmızı rəngli əski parçasıyla bağlı olub. Vəkillər deyib ki, hadisə yerindən belə bir parçanın tapılması haqda sübut yoxdur, sonradan İlkin Süleymanovun evində axtarış zamanı qırmızı yorğan üzlüyü götürülüb.
Aysel Cavadova isə qeyd edib ki, paltarlar arasından tapılan əski parçasıyla İlkin Süleymanovun evindən götürülən yorğan üzlüyü eyni parçadandır.
Vəkillər ekspertdən hadisə yerindən tapılmayan materialların hadisə yerinə necə gəlib çıxması ilə bağlı sual veriblər. Müdafiəçilər bildirib ki, həmin predmetlər hadisə yerində olsaydı, müstəntiq onları görərdi.
Aysel Cavadova isə onlara cavab olaraq “Mən 5 nömrəli kisəni açdım, onun içindən tapdım”, deyib.
Vəkillər isə 5 nömrəli həmin kisənin şəklinin cinayət işində olduğunu, onun içində heç nə olmadığının vurğulayıblar. Müdafiəçilər əlavə edib ki, Aysel Cavadova ilə yanaşı, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində Zemfira adlı ekspert də həmin bağlamada tədqiqat aparıb, əgər orada əlavə predmetlər olsaydı, o da öz rəyində göstərərdi.
Vəkil Zabil Qəhrəmanov deyib ki, bağlamalar arasından həmin yorğan üzlüyü çıxarılanda məlum olub ki, onun bir hissəsi kəsilib:
“Yandırılmış əski parçasına uyğun ölçüdə kəsilib. Niyə? Bu da düşünməyə əsas verir ki, kəsilib, yandırılıb, sonradan əlavə olunub. O əski parçası əvvəldən var idisə, niyə hadisə yerindən tapılmamışdı? Yorğan üzü götürüləndə onun ölçüsü, forması - hər şey protokollaşdırılmalıdır. Niyə olunmayıb? Maddi sübuta toxunmağa, onu kəsməyə kimin nə ixtiyarı var?”.
Qeyd edilib ki, cinayət işinin materiallarında İlkin Süleymanovun azyaşlının başına daşla vurmaqla onu qətlə yetirdiyi, başına isə qan axdığına görə qırmızı əski parçası qoyduğu bildirilib.
Proses aprelin 5-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Ekspertin ifadəsində ziddiyyətli hallar ortaya çıxdı - "Nərmin işi"
30
mart
15:32

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Nərmin işi” ilə bağlı rəy vermiş ekspertlər dindiriləcək
“Nərmin cinayəti” ilə bağlı məhkəmə yenidən təxirə salındı
10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun növbəti məhkəmə prosessi keçirilir
İlkin Süleymanovun məhkəməsində NƏLƏR BAŞ VERDİ?
Nərmin əmisi oğlu məhkəmədə yenidən dindirilib
Nərminlə bağlı rəy verən ekspert məhkəməyə çağırıldı
Nərmin Quliyevanın nənəsi və əmisi dindirildi
Qətlə yetirilən 10 yaşlı Nərminin anasının ziddiyyətli İFADƏLƏRİ
Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirildi
İlkin Süleymanov: "Məni atamla təhdid edirdilər"
İlkin Süleymanov "Bir dəfə istintaqın baş müstəntiqindən xahiş etdim ki..."
“Nərmin işi“ni araşdıran hakimin səhhətində problem yarandı
Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovdan XƏBƏR VAR
"İlkin azadlığa çıxacaq, ayın 24-də..."
10 yaşlı Nərminin qətlində təqsirləndirilənlə bağlı YENİ QƏRAR
10 yaşlı Nərminin qətli ilə bağlı məhkəmə başlayır
"Jaketi İlkinin paltarına sürtüblər, onunla da iş bitib" - "Nərmin işi"
“Nərmin işi“: Qoyun üzərində eksperiment aparılıb
Kamera yoldaşları İlkin Süleymanovun günahsız olduğunu iddia edirlər
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı
Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaqı başa çatdı
Tovuzda 10 yaşlı qızın qətli ilə bağlı daha bir cinayət işi ayrıca icraata verildi
“Nərmin işi“: İlkinin kamera yoldaşları danışdı
Hakim: “İlkin sənin barəndə ən obyektiv qərarı verəcəm” - “Nərmin işi”
Kənd sakinləri: "Arif nə bilirdi ki, Nərminin meyiti kiminsə qapısına atılacaq?"
"Nərminin meytinin tapıldığı gün..." - İlkin Süleymanov ifadə verdi
"Nərmindən xəbər çıxmadığı halda, atası qonşu kəndə “ciyəraxşamına” getdi" - Şahid
Məhkəmə davam edir: “Nərminin atası Zaur Baxşəliyevə deyib ki...”
Kamran Əliyev İlkin Süleymanovun qardaşı ilə görüşdü
Nərminin cəsədini ilk görən sabiq polis: "Rəisə deyən kimi qırmızı kurtkanı soruşdu"
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Tokio aeroportunda 2 təyyarə toqquşub
- Böyük Britaniyanın keçmiş baş naziri Conson parlamentdən istefa verdi
- Türkiyədə 2 bələdiyyə işçisi bir-birini güllələdi
- Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
- Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
- Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
- Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar
- Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib