Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.
Qaynarinfo xəbər verir ki, keçmiş sədr Milli Məclisin deputatı olsa da, iclaslara qatılmır. Vasif Talıbov ötən ilin dekabrın 21-də Naxçıvan MR Ali Məclisinin sədri postundan istefa verib. İstefasından sonra Milli Məclisin payız sessiyasının dekbarın 23-də, 27-də və 30-da plenar iclasları keçirilib. Vasif Talıbov bu iclasların heç birinə qatılmayıb. Dekabrın 30-da payız sessiyası işini başa çatdırıb və deputatlar yanvarın 15-nə kimi tətilə yollanıblar.
2023-cü il fevralın 1-də Milli Məclisin yaz sessiyası işinə başlayıb. İndiyə qədər yaz sessiyasının 5 iclası keçirilib. Vasif Talıbov bu iclasların heç birində görünməyib.
Milli Məclisin daxili nizamnaməsinin 6-cı maddəsinə görə iclaslarda üzrlü səbəblərdən iştirak edə bilməyən deputatlar bu barədə əvvəlcədən Milli Məclisin Aparatına məlumat verməlidirlər.
Həmin maddədə o da qeyd edilir ki, Milli Məclisin iclasında üzürsüz səbəbdən iclasda iştirak edə bilməyəcəksə, qabaqcadan Milli Məclisin sədrindən icazə almalıdır. İcazə alaraq Milli Məclisin iclasında iştirak etməmək üzürlü səbəb sayılır.
Vasif Talıbovun eyni zamanda Milli Məclisin komitələrinin iclaslarına da qatılmadığı bildirilir.
Milli Məclisin daxili nizamnaməsinin 45-ci maddəsində bildirilir ki, parlamentin və komitələrin iclaslarına üzrsüz səbəbdən qatılmayan deputatlar parlamentdaxili məsuliyyəyətə cəlb olunur.
Nizamnamənin 46-cı maddəsində parlamentdaxili məsuliyyətə cəlb olunan deputata tətbiq edilən intizam tədbirlərinin siyahısı verilib. Həmin siyahını təqdim edirik:
1) xəbərdarlıq;
2) söz kəsmə;
3) iclas salonundan çıxarma;
4) töhmət;
5) deputat səlahiyyətlərinin itirilməsi;
47-ci maddədən isə aydın olur ki, Milli Məclisin, onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən deputat barəsində parlament sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar növbəti iclasda elan edilir.
Məlumatla bağlı Milli Məclisdən mövqe öyrənmək mümkün olmayıb.
Vasif Talıbov parlamentdaxili məsuliyyətə cəlb olunacaq? - Keçmiş sədr iclaslara qatılmır
30
mart
17:54

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Vasif Talıbov Milli Məclisin iclasında İŞTİRAK ETMƏDİ
Vasif Talıbov oğlu ilə eyni vəzifəni daşıyacaq
Vasif Talıbov İSTEFA VERDİ (YENİLƏNİB-FOTO)
YAP-dan Vasif Talıbovun istefasına REAKSİYA
Vasif Talıbov tələbə olduğu vaxt Ali Məclis sədri olub
Vasif Talıbov istefadan bir gün əvvəl harada olub?
Vasif Talıbov daha bir vəzifəsini itirdi (FOTO)
Vasif Talıbov vəzifəsindən AZAD EDİLDİ
Vasif Talıbovun oğlu atasının istefası zamanı kövrəldi - VİDEO
Deputatlar gələn həftə tətilə çıxır
Deputatlar tətilə çıxdı
Deputatlar tətilə çıxdı
Vasif Talıbov YAP-dan da çıxarılır
Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır — Deputatlar nəyi müzakirə edəcək?
Vasif Talıbov Cavad Zəriflə görüşdü
Vasif Talıbovun prokuror qardaşı İŞDƏN ÇIXDI - FOTO
Vasif Talıbov və oğlu iclasda iştirak etmir - YENİLƏNİB
Vasif Talıbov yeni qurum yaratdı
Vasif Talıbov oğlu ilə Dubaya gedib, mülklərini satıb
Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu: Aeroportdan qaytarıldı
Seymur Talıbov vəzifəsindən azad edildi
Talıbovların “qara kassası” danışa bilər
Vasif Talıbov onları təltif etdi
Vasif Talıbov retro maşınlarını villasından təcili DAŞIYIB
Deputatlar yay tətilindən qayıtdılar
Vasif Talıbovun qızı “Naxçıvan Bank”dakı səhmlərini də itirdi
Vasif Talıbovun qızı “Naxçıvan Bank”dakı səhmlərini də itirdi
Deputatlar yenidən tətilə çıxdılar
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
Vasif Talıbovun müavini villasının tikintisini yarımçıq saxladı (FOTO)
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq - SƏRƏNCAM
- 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərilir
- İranda sərhəd alayının zabiti öldürüldü
- Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- Rusiya Xersonu atəşə tutdu
- `YENİ KLİNİKA`da əyri işlər... DAVAM EDİR? - "Dedi ki, ya 10 000 manat verib qalarsan, ya da işdən çıxarılacaqsan"
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar