Qaynarinfo xəbər verir ki, FHN-nin Su Ehtiyatları Agentliyindən 3, “Azərsu”dan 5, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən 2 əsas vəzifəli şəxs vəzifəsini itirib.
Rafiq Sabir oğlu Aslanov – 2006-cı ildən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini olub. ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır.
Zakir Quliyev – 2006-cı ildən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini olub. Sabiq sədr Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır.

Teyyub Cabbarov, Etibar Məmmədov, Köçərli Həsənov, Seymur Seyidov, İlqar Tağıyev uzun illərdir “Azərsu” ASC-nin sədr müavinidirlər. Onların əksəriyyəti ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun əsas kadırlarından hesab olunur.

Hikmət Əhəd oğlu Məmmədov – Uzun illər hüquq mühafizə orqanlarında çalışmış, keçmiş polis işçisi 2021-ci ildən FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsində çalışır. 4 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və DİN-nin Polis Akademiyasını bitirib.
Ruslan Çoban oğlu Ağamirzəyev – FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinidir. Əməkdar mühəndisdir. BDU-nun prorektoru Əliş Ağamirzəyevin qardaşıdır.

Elxan Süleymanov – Ziya Süleymanov
Ziya Elxan oğlu Süleymanov – 2021-ci ildən FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinidir. Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuş Elxan Süleymanovun oğludur.