"Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21, m. 37 ünvanında qeydiyyatda olan Bədəlov Zahid Xanmalı oğlu 2001- ci ildən şəkər xəstəsidir, qeydiyyatda olduğu ünvan üzrə 7 saylı poliklinikanın uçotundadır. Son 10 ildə çeşidli xəstəliklərdən əziyyət çəkir, vərəm , qan- damar , ürək xəstəsi kimi tibbi uçotda olmaqla, gözlərinin görməsi də pisləşib. Bu pisləşmə görmə qabiliyyətini itirmə həddinə çatdırğından altı ay qabaq gözləri əməliyyat olunub. Bunları sadalamaqda amacımız oxuyanları yormaq yox, adını “həkim” qoyan ağ xalatlıların qara əməllərini diqqətə çatdırmaqdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "On ildir 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova xəstədən rüşvət istəyib, ala bilmədiyindən TSEK-ə forma -88 göndərilməsinə qadağa qoyub. Qadağa üsulları da rəngarəngdir. Gah əlilliyin düşmədiyi, gah xəstəxanadan, gah müayinədən keçmədiyi bəhanə edilib. Ali dövlət hakimiyyəti , hüquq mühafizə orqanlarına, Səhiyyə Nazirliyinə , Ombudsmana şikayətlərə cavabın bəhanəsi isə QEYDİYYATDA OLDUĞU ünvanın DAYISININ EVİ OLDUĞU (??) olub ! (?) Elə bilirsiniz, şişirtmədir? Təsəvvür edin, Ombudsman insan hüquqları pozuntusun yoxlamasının sonucu olaraq şikayətçiyə rəsmi məktublarla bildirib ki, “ 7 saylı poliklinakının cavabı ilə müəyyən edilmişdir ki, 1987-ci ildən sözügedən ünvanda və poliklinikada qeydiyyatda olan şəxs DAYISININ EVİNDƏ “QONAQ STATUSUNDADIR” və bu səbəbdən doğulduğu rayona müraciət etməlidir” ! (?) Rüşvətin gücünə baxın görün insan hüquqlarının qorunmasını necə gerçəkləşdirir!
Nə isə, təzəsi olan yerdə, “köhnə palan içi sökməyək”. Çox şikayətlərdən sonra xəstə haqqında “UİX. Gərginlik stenokardiyası II f /s. AORTA KORONAR ŞUNTLAMA ×3 əməliyyatından sonrakı vəziyyət. QDÇ ( qan dövranı çatmazlığı) II dərəcə. Hipertoniya xəstəliyi II mərhələ. Şəkərli diabet tip 2. Keçirilmiş plevritdən sonrakı vəziyyət” diaqnozu ilə forma -88 TSEK-ə göndərilib. TSEK anında ona aid olmayan NK -nın 16.01.2020 tarixli 11 saylı qərarının 1.5 .1 bəndinə əsasən imtina edib ki, əlavə müalicəyə ehtiyacı var. Bir daha diqqətə çatdırırıq ki, TSEK ona aid olmayan NK qərarını tətbiq edib, halbuki TSEK-ə aid olan qərar eyni tarixli 12 saylı qərardır və TSEK ona göndərilən forma 88 əsasında əlilliyin qiymətləndirilməsini həyata keçirməlidir. TSEK-in, ümumiyyətlə, “ƏLAVƏ MÜALİCƏYƏ EHTİYACI VAR” “TƏYİNATI” QANUNVERİCİLİKDƏ NƏZƏRDƏ TUTULMAYIB.
NK-nın 16.01.2020 tarixli tibb müəssisələrinə aid 11 saylı və TSEK-ə aid 12 saylı qərarını diqqətə çatdırmaq da yardıma çatmayıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəstədən qanunsuz olaraq yenidən xəstəxanada (6 ay) yatmağı tələb edib. Halbuki NK-nın 16.01.2020 tarixli 11 saylı qərarına əsasən, tibb müəssisələrinin TSEK-ə forma 88 göndərməsi qaydası müəyyən edilib və vərəm xəstələrinə, anatomik çatmazlıqları olanlara 6 aylıq müalicə müddəti şərtinin tətbiq edilməməsi təsbit edilib. Yerində əyani müayinəsini tələb edən xəstənin şikayətlərinə iki il ərzində baxılmayıb.
2022-ci ilin sentyabrında 7 saylı poliklinika yenidən sənədləri toplayıb 38 saylı poliklinika vasitəsilə TSEK-ə göndərəcəyini bildirsə də 38 saylı poliklinikadan onlara heç bir sənəd daxil olmadığı bildirilib. 7 saylı poliklinika nə ürək, qan-damar, tənəffüs çatmazlığı, şəkər xəstəliyinin əlilliyə əsas vermədiyini, yalnız gözlə bağlı əlillik düşdüyünü iddia edir. Halbuki TSEK-ə forma 88 göndəriləndə bütün əsas və əlavə diaqnozlar, epikrizlər qeyd olunmalıdır. Şəkərli diabetə əlillik düşmürsə, niyə 22 ilin şəkər xəstəsinə dərman verilməsindən imtina edilib və xəstə əsəbdən az qalıb komaya düşsün? ! Bəli, bəli, 7 saylı poliklinika 22 ilin şəkər xəstəsinə dərman verməkdən imtina edib ki, əlillik dərəcəsi yoxdur! Xəstənin bu “qəssab” münasibətindən şəkəri kəlləçarxa qalxıb və pulu ilə ilə insulin vurdurmasa öləcəkmiş. Belə həkimlik olar? Yoxsa qəssablıq qaydaları hökm sürür? 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın Səhiyyə Nazirliyində, Bakı Baş Səhiyyə Mərkəzində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində, TƏBİB -də qoruyucusu kimdir ki, xəstəyə dərman verməkdən imtina etməsinə belə qiymət verilmir? Bu, konkret cinayət əməlidir və hüquq mühafizə orqanları qiymət verməyə borcludur".
M. Pirhəsənli - DİA.AZ
P. S. Bir neçə gün qabaq xəstə ağır ürək əməliyyatı keçirib. 7 saylı poliklinikanın kardioloqu Jalə xanım əməliyyatdan sonra epikrizi forma 88-ə əlavə edəcəyini deyib, amma baş həkimə imzalatmağa gedəndən sonra xəstəyə bildirib ki, əməliyyata əlillik düşmür. İndi özünüz deyin, bunlara həkim demək olar, yoxsa qəssab?
***
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
7 saylı poliklinika, yoxsa QƏSSABXANA? - NARAZILIQ VAR!
31
mart
12:08

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Vətəndaş əlillik dərəcəsini ALA BİLMİR... - GİLEY
10 ilin ürək, 15 ilin şəkər... vərəm xəstəsinə əlillik dərəcəsi verilmir - GİLEY
Əlilliyin elektron müəyyən edilməsi qaydası, yoxsa “elektron dələduzluq” ? - NARAZILIQ!
Əlillik “oğru qanunu” ilə qiymətləndiril(m)ir - İTTİHAM
"Semaşko"nun direktoru QOÇULUQ EDİR? - "Xahiş edirəm, Baş Prokurorluğa şikayət edin"
MİDA Bakının bu ünvanlarında 815 güzəştli mənzili satışa çıxarır
BAŞ HƏKIM UŞAQ POLIKLINIKASININ BINASINI FHN MƏMURU ILƏ BIRLIKDƏ NECƏ VƏ KIMƏ SATIB?
TƏBİB bu baş həkimi nədən İŞDƏ SAXLAYIR? - İDDİA
Gəncədə poliklinikanın tavanı çökdü: İşçilər və pasiyentlər təxliyə olunub
İKİBAŞLI SƏHİYYƏMİZDƏ bir normal həkim yoxdurmu? - GİLEY
Bakıda 1 saylı poliklinikada antisanitar vəziyyət - FOTO/VİDEO
Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
Mərhum icra başçısının qardaşının ölkədən çıxışına "STOP" qoyulur
Meliorasiyanın yeni rəhbəri kimdir? - DOSYE
Xocavənd xəstəxanasına yeni direktor təyin edildi
RƏSMƏN MAFİYADIRLAR: Qarabağ Qazisinin HAQQINA BELƏ GİRİRLƏR...
Kliniki Tibbi Mərkəzdə yeni təyinat
Vətəndaş Gəncə DSMF-dən narazılıq edir - Müraciət...
Bayramlının nəzarətsiz buraxdığı SƏHİYYƏ... - Yəqin XƏBƏRİ YOXDUR...
"Qaçqınkom"da özbaşınalıqlar davam edir... - İTTİHAM
Bu məhkəmədə hansı qanun işləyir? - NARAZILIQ VAR!
Dövlət Komitəsi Yusif Qədimbəylinin oğluna məxsus obyekti qeydə aldı - Foto
Bu uşaq evləri Bakı meriyasında qaldı - Eldar Yunusov nə işlə məşğul olacaq?
"Mən niyə 1000 manat verməliyəm?!" - ETİRAZ
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov, Səhiyyə nazirindən xəbərsiz 8 saylı poliklinikaya 67 yaşlı, təqaüdçü Şəhla Məmmədovanı rəhbər təyin etdi...
Deputat vəzifəsindən azad edildi
Baş həkimin oyunbazlığı... - GİLEY
Kürdəmir sakini ÇARƏSİZ DURUMDA... - GİLEY
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Cəza müddəti bitən şəxs necə əfv siyahısına salınıb? - “Əfv haqqı” nə qədərdir?
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq - SƏRƏNCAM
- 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərilir
- İranda sərhəd alayının zabiti öldürüldü
- Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- Rusiya Xersonu atəşə tutdu
- `YENİ KLİNİKA`da əyri işlər... DAVAM EDİR? - "Dedi ki, ya 10 000 manat verib qalarsan, ya da işdən çıxarılacaqsan"
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar