Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir - Xəbərdarlıq
10-11-2020, 13:57
216

Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir - Xəbərdarlıq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərimizə qarşı həyata keçirilən növbəti “fişinq” kampaniyasını qeydə alıb.
Nazirlikdən bildirilib ki, “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə “Azərbaycan vətəndaşlarını əbədi olaraq dəyişdirəcək elan” başlığı altında saxta elanlar yerləşdirilir. Məqsəd istifadəçilərin diqqətini cəlb edərək zərərli keçidlərə daxil olmağa sövq etməklə onları “tələ”yə salmaqdır.

"Belə ki, elanda göstərilən keçidə (sites.google.com) daxil olan istifadəçidən anket forması doldurması istənilir və bunu edən istifadəçilər zərərli saytlara yönləndirilir. Bu saytlara daxil olduqda istifadəçinin cihazına “zərərli proqramlar” (adware) yüklənilir və cihazı yoluxur. Daha sonra bu proqramlar istifadəçinin fərdi məlumatlarını toplayır və kibercinayətkara ötürür.
Vətəndaşlardan xahiş olunur ki, sosial mediada maksimum diqqətli davransınlar, qarşılarına “pop-up” menyular şəklində çıxan saxta elanlara keçid etməsinlər və elanın sağ küncündə yerləşən üç nöqtə (...) üzərinə klik etməklə şikayət etsinlər.
Həmçinin bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər", - deyə qurum bəyan edib.

Oxşar xəbərlər

Nazirlik adından vətəndaşlara saxta məktublar göndərilir
Nazirlikdən düşmənin daha bir təxribatı ilə bağlı XƏBƏRDARLIQ - FOTO
Vətəndaşlara yenə saxta mesaj göndərilir - Xəbərdarlıq
Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq
Ermənistanda Polad Həşimovun adına rayon olması ilə bağlı - AÇIQLAMA
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır - Fotofakt
Ermənilərin daha bir saxtakarlığı aşkar edildi - FOTO
Ermənilər sosial şəbəkələrdə saxta profillərdən yalan məlumatlar yayır
Erməni yalanlarına qarşı yeni sayt yaradıldı
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
Wi-Fi modemi ilə bağlı xəbərdarlıq edildi
Azərbaycan "Facebook" şirkətinə müraciət ünvanlayıb
7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
Ermənilər bu dəfə Samir Şərifovu hədəf aldılar
Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilini bilməlisən” - FOTO
Regionlar da avtobusarda kartla ödəniş sisteminə keçə bilər
Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb
DİM-in müraciəti yayılıb: “Abituriyentləri aldadırlar”
“Xəzər“ TV-dən Xoşqədəm Hidayətqızıyla bağlı rəsmi AÇIQLAMA
Ermənilərin yeni təxribatı - Qız profili ilə sizə yazan olarsa...
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
Bakıda "general" həbs edildi
Təhsil Nazirliyindən vətəndaşlara MÜRACİƏT
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Şahid: Yaqubluya qarşı ifadə verməmişəm - VİDEO
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO
“Facebook”da yenilik - Köhnə yazıları gizlətmək mümkün olacaq