Azərbaycanda 2023-cü ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox qoyulan adlar açıqlanıb.
Bu barədə Ədliyyə Nazirliyinin rəsmi saytında məlumatlar dərc edilib.
Məlumatlara əsasən, cari ildə ən çox istifadə edilən kişi adları Uğur, Əli, Yusif, Hüseyn, Raul olub.

Valideynlər qız körpələrinə isə daha çox Zəhra, Məryəm, Aylin, Zeynəb, Fatimə adlarını qoymağa üstünlük veriblər.