Dörd nəfər keçmiş hakim vəkil kimi fəaliyyət göstərəcək.
APA xəbər verir ki, 4 keçmiş hakim Vəkillər Kollegiyasına üzv qəbul olunub.
Onlar Əmir Bayramov, Kəmalə Əmirxanova, Məhəmməd Bağırov və Nofəl Mustafayevdir.
Əmir Novruz oğlu Bayramov 2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Əmir Bayramov 2000-2007-ci illərdə Bakı Hərbi Məhkəməsinin hakimi olub. Yaş həddi ilə bağlı təqaüdə çıxıb.
Kəmalə Fərman qızı Əmirxanova Nərimanov Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Məhəmməd Abduləli oğlu Bağırov Füzuli Rayon Məhkəməsinin hakimi və sədri olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Nofəl Qara oğlu Mustafayev Tovuz Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.
Qeyd edək ki, onlar bu gün vəkil andı içərək fəaliyyətə başlayacaqlar.