Əsgərimiz bu mesajı ilə hamını kövrəltdi - FOTOLAR
13-11-2020, 10:06
163

Əsgərimiz bu mesajı ilə hamını kövrəltdi - FOTOLAR

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə divarlara hərbçilərimizin yaşadıqları rayonların adlarını yazması ənənəyə çevrilib. Lakin bu dəfəki yazı sosial şəbəkələrdə həssaslıqla qarşılanıb.
Vətən Müharibəsinin  iştirakçısı Elçin Əhmədov tikililərin birinin divarına "Maştağa 1 N-li internat” sözlərini yazıb. Bundan sonra hər kəs onu tapmağa və dəstək olmağa çalışıb. Elçin Əhmədov özü həmin internat məktəbində böyüyüb. İndi isə 3 övlad atasıdır. Döyüşlər başlayanda da könüllü olaraq müharibəyə yollanıb. 
O, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin aktiv üzvlərindən olub. Könüllü kimi bir çox Qeyri-hökumət təşkilatlarının aksiyalarında iştirak edib.
E.Əhmədov bu gecə sosial şəbəkə hesabında əsgər yoldaşları ilə birgə döyüş zamanı çəkdirdiyi şəkli paylaşaraq bunları yazıb: "Yastığımız Vətən daşı, yorğanımız qar olsun. Neçə vaxtdır sosial şəbəkələrdən uzağıq. İndi görürəm ki, bəzi təxribatçılar ağlına gələni də yazır. Siz bilmirsiniz buralar necə soyuqdur, necə əziyyətlərə qatlanırıq. Ali Baş Komandanımız hər şeyi götür-qoy edir. Nə etdiyini də gözəl bilir. Biz nə soyuqdan, nə şərəfsiz düşmənimizdən qorxuruq. Bəli, müharibədir, hər şeyə dözməliyik, şükürlər olsun dözürük də. Hara qədər desələr, nə vaxta qədər desələr Vətən keşiyində durmağa hazırıq. Təxribatlara uymayın, hər şey yaxşıdır, hər şey də ölkəmizin, xalqımızın xeyrinədir. Siz bilmədiyiniz çox şey var, zamanı gəlincə hər şeyi biləcəksiniz. İndi sizlərə sadəcə səbrli olmaq, ölkəmizin, rəhbərimizin yanında olmaq, onun fikirlərini dəstəkləmək düşür. Vaxt var idi nə Şuşa, nə Kəlbəcər, nə də işğal olunmuş rayonlarımızı görə bilirdik. İndi isə Şuşada biz çay içirik, ocaqda qaynatdığımız çay. Allah Prezidentimizi qorusun. Biz tək Ermənistanla savaşırıq, Ali Baş Komandanımız isə Dünyayla”.

Oxşar xəbərlər

Qardaşım döyüşlərə könüllü qatılıb - Şəhid bacısı
Ermənilərin “öldürdüyü“ Səyyad Əlizadədən açıqlama: “Onların mayası...“
"Digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik" - Prezident
“Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”
Kəndinə Qayıdır XAN! - Xatirənin gündəm olan ifası (VİDEO)
Şuşa belə azad edilib: Gecə xüsusi təyinatlılarımız meşəlikdən şəhərə daxil olub
Erməni politoloqdan iyrənc çağırış: "Azərbaycana gedən çayları zəhərləmək lazımdır"
Yaralı əsgər əməliyyat masasında “Qarabağ” oxudu - Video
Mehriban Əliyeva Madagizin azad olunması münasibətilə paylaşım etdi
“Zəngilanda ev tikdirəcəm“ - Tanınmış ifaçı
Övladını məktəbə göndərməkdən imtina edənlərin sayı açıqlanıb
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
Bakı Nəqliyyat Agentliyində KÜRSÜ QOVĞASI... - "Vüsal Kərimlinin yerinə müavini Elçin Mustafayev təyin ediləcək..."
Ermənistanda döyüşə getməyənlərin uşaqları girov saxlanılır
İmişlidə ÖZBAŞINALIQ... - "...mən öz haqqımı sonuna qədər tələb edəcəm"
Nazirlik işğaldan azad edilmiş ərazilərdə kütləvi ekoloji terroru təsbit etdi - Fotolar
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
Bu dəbdəbəli imarət Ramiz Mehdiyevindir? – Foto
“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov
Xocalı və Xocavəndin kəndləri işğaldan azad edilib - Prezidentdən MÜJDƏ
Tariximizdə Nadir Şah Əfşardan sonra torpaq alan dövlət başçısı İlham Əliyevdir
Xalq artisti Canəli Əkbərovun görünüşü hamını təəccübləndirdi - Video
2021-ci il “Qarabağ ili” olsun - “DAVAM” sədrindən təklif
Xocavənd, Xankəndi və Xocalı Azərbaycanın tərkibində qalır - Açıqlama
Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
“Yaraşsaq da, yaraşmasaq da olanımız budur”
“Biz bu gün səngərdəyik!” - “Günay Bank”
Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olundu – Foto