“Komendant saatı tək Qarabağda müharibə gedir deyə, tətbiq olunmayıb” - AÇIQLAMA
13-11-2020, 10:49
121

“Komendant saatı tək Qarabağda müharibə gedir deyə, tətbiq olunmayıb” - AÇIQLAMA

44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bundan sonra müharibə demək olar ki, bitmiş hesab olundu. Qeyd edək ki, noyabrın 12-dən etibarən ölkədə internet məhdudiyyəti də aradan qaldırılıb. Suallar var ki, sentyabrın 27-dən ölkədə elan olunan komendant saatı nə zaman aradan qaldırılacaq?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Fazil Mustafa qeyd edib ki, komendant saatının ləğv edilməsi hələ ki, tezdir: “Dekabrın 1-nə qədər hələ müharibə demək olar ki, bitməyib. Bizə bu tarixə qədər qrafik verilib. Komendant saatının aradan qaldırılması həmin qrafikə necə əməl olunub-olunmamasından asılı olacaq. Məlum məsələdir ki, əgər qarşı tərəf bu bəyanata əməl etməyəcəksə, Azərbaycan Ordusu ərazilərə girib düşməni təmizləməlidir, yəni başqa yolu yoxdur.

Ona görə də bu məsələdə bir qədər də gözləmək, tələsməmək lazımdır. Yəni Azərbaycan Ordusu bu məsələdə hələ ki işini yekunlaşdırmayıb. Ermənilərin bəyanata əməl edib-etməyəcəklərini bundan sonra görəcəyik. Hesab edirəm ki, komendant saatı və digər məhdudiyyətlər Bakıda ləğv oluna bilər, amma bölgələrdə hələ ki ləğv olunması doğru deyil. Həmçinin internet məhdudiyyətinin də regionlarda saxlanılmasını doğru hesab edirəm. Çünki müəyyən hərbi sirlər var ki, onlarla bağlı informasiyalar sızmamalıdır”.

Məsələ ilə bağlı polkovnik Şair Ramaldanov da qeyd etdi ki, komendant saatı hələ bir müddət də davam edəcək: “Komendant saatı tək Qarabağda müharibə gedir deyə tətbiq olunmayıb. Bu qərarı qəbul etmək üçün müəyyən amillər qiymətləndirilir. Komendant saatı bütün risklər, təhlükələr, ola biləcək terror aktları, hansısa təhlükəli mənbələri və fəaliyyətlərini nəzərə alaraq tətbiq edilir. Bu qərarın da əsas məqsədi müəyyən vaxtdan sonra, hansı ki, bizdə axşam saat 21:00-dan başlayır, həmin saatdan etibarən nəzarət mexanizmini daha da keyfiyyətli etməkdən ibarətdir. Yəni çöldə ancaq icazəsi olanlar ola bilər. Həmin saatdan sonra çöldə olanlar saxlanılır, hansı səbəbdən evdə olmadıqları aydınlaşdırılır və sairə məsələlərə nəzarət edilir, məqsədyönlü tapşırıqlar yerinə yetirilir. Ona görə də düşünürəm ki, komendant saatı bu işlə məşğul olan xüsusi peşəkarlar tərəfindən təhlil edildikdən sonra ləğvi barəsində qərar qəbul ediləcək. Bir daha qeyd edirəm ki, müharibənin bitməyi o demək deyil ki, təhlükə də tam bitib. Müəyyən məlumatlar var, xüsusi orqanlar onun üzərində işləyirlər. Bildiyimiz kimi, noyabrın 12-dən sonra ölkədə internet şəbəkələrinin fəaliyyəti bərpa olunur. Düşünürəm ki, bundan sonra getdikcə digər məhdudiyyətlər də aradan qaldırılacaq. Sadəcə, bir şeyi bilirəm ki, dövlət tərəfindən hansı addım atılırsa, bu, bizim dinc sakinlərin təhlükəsizliyni, təmin etmək üçündür”.
“Yeni Müsavat”

Oxşar xəbərlər

Komendant saatı nə vaxt ləğv olunacaq? - AÇIQLAMA
Bakıda komendant saatı - FOTOLAR
Komendant saatı nə vaxt ləğv olunacaq? - AÇIQLAMA
Komendant saatı ilə bağlı növbəti müraciət!
Gürcüstanda komendant saatı elan olundu
Prezident Vilayət Eyvazovu komendant TƏYİN ETDİ
Komendant saatında avtomobillər belə yoxlanılır (FOTO)
Bakıda komendant saatı rejim qaydalarına uyğun təşkil edilib - Postlardan REPORTAJ
“Hər an müharibə başalaya bilər”
Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
Azərbaycanda hərbi vəziyyət qüvvəyə mindi
“Azəriqaz” yaxasını kənara çəkir - Öz başınıza çarə qılın
Bakıda polis komendant saatını pozan şəxsi atəş açaraq saxladı - VİDEO
Prezident hərbi vəziyyət elan edilməsi haqqında Fərman İMZALADI
"Təəssüf ki, insanlar ancaq yoluxub xəstəxanaya düşəndə “ayılırlar”" - deputat
Komendant postundan yayınmaq istəyən şəxs həbs edildi - FOTOLAR
Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib
Bu gecədən hərbi vəziyyət elan edilir - RƏSMİ
Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan qadağa götürülüb, aqrar bazarlar açılıb
Bu qadağa da aradan qaldırıldı
“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz” - Fazil Mustafa
“Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur” – İlham Əliyev
Distan təhsil üçün olan platformalar VPN-siz işləyəcək
Hərbi vəziyyət elan edilməsi hansı öhdəliklər yaradır? - HÜQUQİ ŞƏRH
İctimai nəqliyyat şənbə-bazar günləri işləyəcək?
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat
Erməni tərəfi üçtərəfli bəyanata əməl etmək istəmir
Yas mərasimləri ilə bağlı qadağalar karantindən sonra yüngülləşdiriləcək?
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA