Düşməni öz silahıyla məhv edən hərbçilərimiz - VİDEO
14-11-2020, 12:13
214

Düşməni öz silahıyla məhv edən hərbçilərimiz - VİDEO

İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qazi olan Məhəmməd Əhmədovdan danışacağıq. Qubanın Aşağı Atuc kənd sakini olan Məhəmməd ailənin yeganə oğludur. Müharibənin başladığını eşidən kimi könüllü olaraq adını ordu sıralarına yazdıraraq döyüşlərə yollanıb. Füzuli, Cəbrayıl rayonunun və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasında şücaət göstərib. O bildirir ki, düşməni elə öz silahları ilə məhv edirdik.

Ağır yaralansa da, döyüş meydanını tərk etmədən düşmənlə vuruşub. Məhəmmədin daha bir qəhrəmanlığı isə yaralı və yolu azan döyüş yoldaşlarının həyatını xilas etməsi olub.

Məhəmməd kimi canını torpaqlarımızın azadlığı uğrunda fəda etməyə hazır olan döyüşçülərdən biri də 1 il 4 aydan çoxdur ki, hərbi xidmətdə olan Qubanın Çartəpə kənd sakini Ramin Şükürovdur.

 “Nə xoş mənə ki, hərbi xidmətim, vətənə borcum belə bir zamana təsadüf etdi. Şükürlər olsun ki, mənə də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək qismət oldu” - deyə qazi qeyd edib.

Düşmənin canlı qüvvəsini məhv edərək texnikasını ələ keçirdiklərini bildirən Raminin tək təəssüfləndiyi isə yaralandığı üçün həkimlərin döyüşlərdə iştirakına icazə verməməsi olub.

İndi onları tanıyan hər kəs qazilərlə fəxr edir. Qazanılan tarixi zəfərdə əməyi olan qazilərin valideynləri isə daha çox qürurlanır.

Hər iki yaralı qazimiz böyük qələbə sevincini Prezident, Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da xalqa müraciətindən sonra yaşadıqlarını bildirir. Qazilərimiz hər zaman vətən torpaqlarının müdafiəsinə hazır olduqlarını qeyd ediblər.
 

Oxşar xəbərlər

Döyüşdə böyük rəşadət göstərən igidlərimiz - VİDEO
“Təkcə mənim heyətim 1 günə düşmənin 8 topunu məhv edib” - Video
Azərbaycan əsgəri: “Düşməni öz silahıyla məhv edirik” - VİDEO
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu (VİDEO)
2021-ci il “Qarabağ ili” olsun - “DAVAM” sədrindən təklif
Məşhur müğənni Qarabağdakı döyüş yolundan DANIŞDI
Düşmənin minaatan bölməsini məhv edib (VİDEO)
Yaralansa da, silahdaşlarını tək buraxmadı - VİDEO
“Azərbaycan Ordusu Xocavənd və Ağdamda erməniləri darmadağın edərək...“ - Türkiyə mətbuatı
Madagizi işğaldan azad edən general danışdı - VİDEO
Vətən müharibəsindəki qələbənin 9 SİRRİ
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU
Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü
Düşmənin döyüş sursatı hərbi yük maşınları partladıldı (VİDEO)
Əsgər məktubu: “Düşmənə qan uddururuq”
Unibank şəhid Şahinin ailəsini himayəyə götürdü
Polislər bayram günü münasibətilə yaralı əsgərlərə baş çəkdilər
Ermənilərin Qarabağdan qaçması üçün yalnız bir yol var... - Hərbi ekspert
Xocavənd rayonunun işğalından 28 il ötür
Xankəndiyə yüzlərlə erməni meyiti daşınır - Video
Belə əsgəri olan Ordu qalib olmazmı?.. – Hospitaldan reportaj
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
Şuşa ətrafında düşmənin yüksək rütbəli zabitləri məhv edildi - FOTO
Azərbaycan ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi: Aralarında kapitan da var
Müdafiə Nazirliyi düşmən hərbçiləri təslim olmağa çağırdı
Əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir - MN rəsmisi
Ermənistan ordusunun xüsusi təyinatlısı məhv edildi
Ordumuzdan düşmənin kəşfiyyat taboruna AĞIR ZƏRBƏ
Tariximizdə Nadir Şah Əfşardan sonra torpaq alan dövlət başçısı İlham Əliyevdir