Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
1-04-2020, 14:41
476

Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan  Sabahnews.az-a verilən məlumata görə, ölkədə tətbiq olunan xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Rayon ərazisində karantin rejimi ilə əlaqədar giriş-çıxışı məhdudlaşdırmaq üçün yaradılan postlarda polis əməkdaşları tərəfindən karantin rejim qaydaları izah olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polisin qanuni əmrinə tabe olmayaraq postu keçməyə cəhd göstərmiş 2 nəfər Ağdaş rayon sakini-Firdovsi Dosməmmədov və Toğrul Həsənov saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.
Həmçinin Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən 8 kafe, 1 komputer oyunları zalı və 2 geyim əşyaları satışı edən mağaza aşkar edilib. Həmin obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir tədbir nəticəsində sosial şəbəkələrdə koronavirus pandemiyası ilə bağlı heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək yalan məlumatlar yayan Ağdaş şəhər sakini Nurlan Rəhimli saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və  cərimə edilib. 
Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Oxşar xəbərlər

Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edilib
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Qəbələyə istirahətə gələnlər cərimələndi
Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi
Xızıda 15 nəfər şəxs karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olundu
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Şirvanda karantin rejimini pozan 4 nəfər həbs edilib
Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib
Maska taxmayan 9 nəfər cərimələndi
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
Xınayaxdı məclisi təşkil edənlər cərimələndi
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
Lənkəranda Aşura mərasimi keçirməyə cəhd edənlər saxlanıldı
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Bakıda karantini pozan restoran aşkarlandı,  46 nəfər cərimələndi
İki saatlıq icazə ilə rayonu tərk etmək istədi, həbs olundu
Xaçmazda xüsusi karantin rejimini pozan 14 nəfər cərimələndi
Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Lənkəran və Masallıdan Qubaya “Aşura” mərasimi keçirməyə gəlmiş dindarlar həbs edildilər - Foto
Yasda iştirak edən axund və 20 nəfər cərimələndi
Xızı polisi yaşlı rayon sakinlərinin qonağı oldular