“WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir - NRYTN
16-11-2020, 13:16
116

“WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir - NRYTN

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “WhatsApp Inc.” şirkəti adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edir.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

"Belə ki, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara “WhatsApp” üzərindən saxta mesajlar göndərir.

Göndərilən mesajlarda istifadəçinin mobil nömrəsinin guya “WhatsApp” tərəfindən “COVID-19“- la bağlı həyata keçirilən kampaniyada qalib gəldiyi və 700 min ABŞ dolları məbləğində pul mükafatına layiq görüldüyü bildirilir. Həmin mükafatı almaq üçün istifadəçidən mesajda göstərilən qeydiyyat nömrəsini [email protected] elektron poçt ünvanına göndərməsi istənilir.

Məlumata etimad edib həmin e-poçta yazan istifadəçiyə “WhatsApp Inc.” adından mobil nömrəsinin şanslı nömrə olaraq seçilməsi ilə bağlı təbrik göndərilir və ödənişin köçürülməsi üçün ad, soyad, yaşadığı ölkə, milliyyəti, cinsi, ailə vəziyyəti kimi fərdi məlumatlarını təqdim etməsi istənilir.

Məlumatlarını təqdim edən istifadəçiyə fərqli e-poçtdan ([email protected]) saxta hədiyyə sertifikatı göndərilir və bank əməliyyatlarının aparılması üçün [email protected] e-poçtuna mesaj yazması bildirilir. Həmin e-poçta cavab olaraq saxta “Credit Union Bank” tərəfindən köçürmənin edilməsi üçün istifadəçidən bank hesabı məlumatlarını və şəxsiyyət vəsiqəsini təqdim etməsi istənilir. İstifadəçi həmin məlumatları təqdim etdikdə məlumatlar kiberdələduzun əlinə keçir və digər bədniyyətli əməllərin həyata keçirilməsində istifadə edilir.

Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər və ''Report spam (Şikayət et)'' seçimini etməklə mesajı ''spam'' olaraq şikayət etsinlər. Hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar.

Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər", - deyə qurum bəyan edib

Oxşar xəbərlər

Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir - Xəbərdarlıq
Nazirlik adından vətəndaşlara saxta məktublar göndərilir
Nazirlikdən düşmənin daha bir təxribatı ilə bağlı XƏBƏRDARLIQ - FOTO
“WhatsApp”da yeni funksiya
“WhatsApp”da bu yolla başqalarının mesajları oxunurmuş...
Nazirlikdən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT
Bakı-Naxçıvan reyslərinin sayı artırılır
Vətəndaşlara yenə saxta mesaj göndərilir - Xəbərdarlıq
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
“WhatsApp”da yeni funksiya işə salınacaq
"Cənub" Konserv Zavodu adından fırıldaq... - GİLEY
Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur
Regionlarda yeni elektron ATS-lər qurulub
Sahil Babayevin səriştəsizliyi vətəndaşları dələduzlarla üz-üzə qoyur... - NARAZILIQ...
Moskvadan Bakıya bilet satışı növbəlik qaydasında olacaq
Xaricdən sifariş verənlərin nəzərinə! - VİDEO
İşsizlərin NƏZƏRİNƏ
Ermənistanda Polad Həşimovun adına rayon olması ilə bağlı - AÇIQLAMA
Regionlar da avtobusarda kartla ödəniş sisteminə keçə bilər
Elektron Su Portalında abonentlərə 24 saat xidmət göstəriləcək - Foto
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb
Şuşanın azadlığından sonra himnimizi qələbə ovqatında oxudular - VİDEO
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı fərman
“Bakcell”dən müəllimlər üçün xüsusi tarif
7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti fəaliyyətini dayandırır
Oğlu tərəfindən öldürülən Nofəlin dostu: “Qardaşı onunla mənim qədər yaxın deyildi”