“Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” - Sabiq baş nazirdən ÇAĞIRIŞ
1-04-2020, 17:00
179

“Onlara inzibati deyil, ciddi qanunlar tətbiq edilməlidir” - Sabiq baş nazirdən ÇAĞIRIŞ

“Çox təəssüf edirəm ki, koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlərə hələ də məhəl qoymayan insanlara rast gəlinir”.
Bu sözləri GUNDELIK-BAKU.COM-a açıqlamasında Azərbaycanın sabiq baş naziri Novruz Məmmədov deyib. O vətəndaşlara çağırış edərək evdə qalmağı tövsiyə edib:
“Axı, hər bir kəs özü başa düşməlidir ki, bütün çağırışlar və dövlət başçısı tərəfindən verilən göstərişlər, hökumətin və digər strukturların apardığı iş, fəaliyyət bütün bunların hamısı hər bir vətəndaşımız üçündür. Həmçinin lazım və vacibdir.
Məsələ burasındadır ki, bu gün ölkənin təhlükəsizliyindən söhbət gedir. Verilən tapşırıq və tövsiyyələrə fikir vermək, dinləmək və əməl etmək lazımdır.  Nə və hansı proseslər müşahidə olunur? Bu virusa görə dünyanın ən inkişaf etmiş ölkələri kiçik səhv etdikləri üçün  orada nələr baş verir? Başda ABŞ olmaqla, Fransa, İtaliya, İspaniya və digər ölkələrdə gündə yüzlərlə adam bu virusdan dünyasını dəyişir. Axı, bizim ölkədə hələlik vəziyyət çox yaxşıdır! Başa düşməliyik ki, hər şey bundan sonara özümüzdən aslıdır. Biz verilən tapşırıq və tövsiyyələri yerinə yetirməklə özümüzü, ailəmizi, uşaqlarımızı, nəvə-nəticələrimizi, yaxınlarımızı qorumuş oluruq. İndi bəzi insanların sözügedən xəstəliklə bağlı verilən tapşırıqlara, göstərişlərə riayət etməməsi məni çox təəccübləndirir. İnsanlar bu barədə nə qədər gec deyil, ciddi düşünməlidirlər. 
Hər bir insan cəmiyyət,  yaxınları, doğmaları qarşısında məsulliyətini hiss etməlidir. Axı, mən insanam və nə üçün yaranmışam sualını özünə verməlidir. Virusla bağlı göstərişlərə əməl etməyən insanlara görə, nə qədər mənfi nəticələri ola bilər? 
Biz "müsəlmanın sonrakı ağlı", “daldan atılan daş topuğa dəyər” ifadələrini yada salmalıyıq. Ay bala, bir dəfə də vaxtında addım ataq. Hər bir verilən tapşırıq və tövsiyyələrə vaxtında əməl etmək lazımdır.  Hesab edirəm ki, insanlarımız bu barədə yenidən düşünəcək və hər kəs öz məsulliyyətini, borcunu yerinə yetirəcək. Hazırda isə bizdən bir şey tələb olunur. Evdə oturmaq. Elə yerdə oturmaq lazımdır ki, insanların bir-birləri ilə əlaqəsi çox az olsun. Dövlət tərəfindən mühüm addımlar atılıb. Hazırda müvafiq orqanlar bu istiqamətdə işlər aparırlar. Ay bala, bundan artıq daha neynəmək olar!” .
N.Məmmədov hesab edib ki, bundan sonara koronavirusla bağlı verilən tapşırıq və göstərişlərə əməl etməyən insanlarla bağlı təkcə inzibati deyil, ən ciddi qayda-qanunlar tətbiq edilməlidir:
“Əgər hər bir şəxs bu məsulliyətini anlamırsa, deməli, cəmiyyət qarşısında cinayət işi görür. Bütün insanları, vətəndaşlarımızı çağırıram ki, gəlin birlikdə EVDƏ OTURAQ. Bununla həm özümüzü və həm də yaxınlarımızı qoruyacağıq. Bunu başa düşməyənləri insan adlandırmaq mənə elə gəlirki çətindir”. 

Oxşar xəbərlər

Sabiq nazir: "Çox ciddi çətinliklər meydana gələ bilər"
"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Azərbaycanın Rusiyadakı Səfirliyi koronavirusla bağlı çağırış edib
Azərbaycanda televiziyalar fasiləsiz işləyəcək
YAP 200 min manat yardım edəcək - Koronavirusla Mübarizəyə Dəstək Fonduna
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Dərslər çox güman belə keçiriləcək - Təhsil komitəsinin sədr müavini açıqladı
“Göz karandaşı və dodaq boyası koronaya yoluxdurur” - XƏBƏRDARLIQ
Təhsil Nazirliyi vətəndaş qəbulunu müvəqqəti dayandırdı
3 uşaq koronavirusa yoluxub – Azərbaycanda
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA
Polis Saatlıda reyd keçirdi
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
Xətainin başçısı məktəbin girişini satıb – Jurnalistdən ittiham
Baş nazirdən koronavirusun təhsilə təsiri ilə bağlı MÜHÜM QƏRAR
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Operativ Qərargah vətəndaşlara müraciət edib
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Pandemiyanın yaratdığı fürsət: “Separatçılar zərərsizləşdirilə bilər”
Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir
Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi
Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdır?
Siyəzən polisi kimsəsizlərə yardım edir, nəzarəti gücləndirir