Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
16-11-2020, 21:44
198

Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı

Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı

Bu gün Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində qaz açılışı təmin edilib. 
“Yeni Sabah” xəbər verir ki, açılışda Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, qaz təsərrüfatının işçiləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər. 
Əvvəlcə bütün sakinlər Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə münasibətilə hamını təbrik ediblər. Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu sevinci onlara yaşadan prezident İlham Əliyevə Qobu sakinləri və Abşeron rayonu ictimaiyyəti adından minnətdarlığını bildirib. Qışın yaxınlaşdığını və bununla əlaqədar havaların soyuduğunu xatırladan  İ.Gülməmmədova Qobuluların bundan sonra qazla  əlaqədar problemlərinin olmayacağını vurğulayıb. 
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev isə qeyd edib ki, ölkədə icra edilən qazlaşma layihələri Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir və qəbul olunan dövlət proqramları vaxtında reallaşdırılır. 
Qeyd edək ki, qaz açılışına dair tədbir ölkədə koronavirus pandemiyasının yayılmasına dair tətbiq edilən karantin rejiminin tələbləri gözlənilməklə təşkil olunub.
Əlavə olaraq qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində 1147 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumi uzunluğu 116 159 metr olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
 


Oxşar xəbərlər

Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır – Başçı əraziyə gəldi
Abşeronda müəllimlər günü qeyd edilib
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
Abşeronda ağır qəza - İki azyaşlıdan biri öldü
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
"Kristal Abşeron" "Paşa Holding"i aldadıb - FAKT
“Qobu” ES Bakı və Abşeronun “Mingəçevir” İES-dən asılılığını aşağı salacaq”
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
Prezident İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub
Prezident və xanımını toya dəvət etdilər
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Prezident və xanımı 216 nömrəli məktəbin açılışında
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Usta tanışı ilə birgə 20 mənzili qarət etdi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Xırdalanda 5 çoxmərtəbəli bina təmir olunur - FOTO
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
Abşeronda üç avtomobil toqquşub, xəsarət alan var
Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"
“Azəriqaz”dan deputatın iradlarına CAVAB
Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir - Foto
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Prezidentdən yeni tvit: Daha 9 yaşayış məntəqəsi işğaldan azad olunub
Kəlbəcərlilər qələbə sevinclərini bölüşdülər - FOTO/VİDEO
İki baş inəyə görə iki nəfər saxlanıldı
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub