İşğaldan azad edilmiş ərazilərdə bu müəssisələr də yaradılacaq - Nazirlik
16-11-2020, 21:18
105

İşğaldan azad edilmiş ərazilərdə bu müəssisələr də yaradılacaq - Nazirlik

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması da təmin olunacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, dövlət başçısının sosial inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanda reabilitasiya infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması və eyni zamanda reabilitasiya müəssisələri şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi, reabilitasiya imkanlarının artırılması sahəsində mühüm işlər aparılır. 2019-cu ildə və cari ilin ötən dövründə Bakı, Yevlax, Naftalan, Lənkəran, Xaçmaz, Şəki, Şirvan şəhərlərində Reabilitasiya Müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu ilin sonunadək Sumqayıt və Şağan Reabilitasiya Müəssisələri də açılacaq. Uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində bu il Şəmkir və Qəbələ şəhərlərində Uşaq Reabilitasiya müəssisələri fəaliyyətə başlayacaq.
İşğaldan azad edilmiş ərazilərimizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlçatan bərpa müalicə imkanlarına malik olmaları üçün həmin ərazilərdə də yeni reabilitasiya müəssisələrinin yaradılması nəzərdə tutulur. Qısa müddətdə inşa olunacaq müəssisələr müasir avadanlıqlarla da təchiz ediləcək. Bərpa müalicə prosedurlarının formalaşdırılmasında bölgənin yerli təbii müalicəvi resurslarından da səmərəli istifadə olunması diqqətdə saxlanacaq.
Həmçinin, sosial xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri işğaldan azad edilən ərazilərimizi də əhatə edəcək. Bu bölgələrimizdə tənha ahıl və əlilliyi olan şəxslərin evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçirilməklə yanaşı, stasionar və yarımstasionar tipli sosial xidmət müəssisələri də yaradılacaq. Eyni zamanda, dövlət sosial sifarişləri əsasında qeyd edilən ərazilərdə günərzi qayğı və icma əsaslı reabilitasiya xidmətləri göstərən mərkəzlərin qurulması təmin olunacaq.
Bakı və Göyçay, Gəncə şəhərlərində peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir və işğaldan azad edilmiş bölgələrimizdə də yaxın dövrdə regional peşə hazırlığı infrastrukturunun qurulması nəzərdə tutulur.
Bu istiqamətdə aparılacaq işlər, yaradılacaq müəssisələr həmin bölgələrimizdə reabilitasiya və sosial xidmətlər sisteminin qurulması ilə bərabər, yeni iş yerlərinin və məşğulluq imkanlarının artmasına da müsbət təsirini göstərəcək.

Oxşar xəbərlər

Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı - Foto
Bu ilin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Müharibə əlillərinə minik avtomobilləri verilib
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Türkiyəli biznesmenlərdən Azərbaycana dəstək
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı
Şirkətlər və sahibkarlar üçün - YENİ CƏRİMƏLƏR
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
Azərbaycanda bu şəxslər kommunal xərclərdən azad olundu
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
190 manatın verilməsi başa çatdırıldı
Əcnəbilərə övladlığa verilən uşaqların sayı açıqlanıb
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
Noyabr ayının pensiya vəsaitləri hesablara köçürülüb
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Nazir Siyavuş Novruzovun qardaşının vəzifəsini KİÇİLTDİ
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Faiq Ağayev sədr müavini təyin olundu
Nazirlikdən şad xəbər - Bu şəxslərə 250 manat pul veriləcək
Əli Əhmədov təcili iclas keçirdi