Siyəzən polisi kimsəsizlərə yardım edir, nəzarəti gücləndirir
1-04-2020, 19:13
162

Siyəzən polisi kimsəsizlərə yardım edir, nəzarəti gücləndirir

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sabahnews.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübariz tədbirləri çərçivəsində rayon və kəndlər ərazisində yaşayan kimsəsiz və aztəminatlı sakinlərin qayğılarına qalaraq, vətəndaş mövqeyi sərgiləyiblər. Bütün ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşulan qayğıkeş polislərimiz, qonağı olduqları ahıllara mənəvi cəhətdən dəstək olmaqla yanaşı, onlara tibbi ləvazimatlar və müxtəlif ərzaq məhsulları hədiyyə ediblər. Hər bir sakinə müstəqil dövlətimiz tərəfindən soydaşlarımızın sağlamlığın təmin olunması istiqamətində görülən tədbirlərdən danışan əməkdaşlar, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə danışıblar. Yaşlı insanlar onlara göstərilən diqqətə görə polislərə minnətdarlıqlarını bildiriblər.
Həmçinin RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən 65 yaşdan yuxarı insanlarla profikatiki söhbətlər apararaq, onların çölə çıxmamaları bir daha izah olunmaqla yaşadıqları ünvanlara qaytarılması təmin olunur.
Bu tədbirlərdən əlavə DYPB-nin inspektorları tərəfindən rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.

Oxşar xəbərlər

Xızı polisi yaşlı rayon sakinlərinin qonağı oldular
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Dağlıq ərazilərdə karantin rejiminə nəzarət güclənib
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olundu
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Maska taxmayan 9 nəfər cərimələndi
Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Qubada polis reyd keçirdi - Velosipedçilər cərimələndi
Şabranda 9 velosipedçi cərimələndi
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Xızıda 15 nəfər şəxs karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olundu
Qəbələyə istirahətə gələnlər cərimələndi
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Polis Saatlıda reyd keçirdi
Gəncədə karantin rejimini pozanlar cərimələnib
NƏZARƏT TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİR
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Qusarda bir tondan çox narkotik məhv edildi
Qusar polisi  korovovirusla bağlı maarifləndirmə tədbirləri aparıb 
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI
Lənkəran və Masallıdan Qubaya “Aşura” mərasimi keçirməyə gəlmiş dindarlar həbs edildilər - Foto
Xaçmazda xüsusi karantin rejimini pozan 14 nəfər cərimələndi
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Əli Məmmədov oğurluğa görə saxlanıldı - FOTOLAR
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı