Müğənni Ayan Babakişiyeva insanların aqressiv və nankor olmasından gileylənib. 
Yenisasbah.az xəbər verir ki, sosial şəbəkə hesabında fotosunu paylaşan ifaçı "Dünya çox dəyişir, hətta çox güclü dəyişir. İnsanlar o qədər aqressivləşib, nankor olub ki, qorxuludur. Şəxsən mən artıq insanlardan qorxuram. Bilmirsən kiminlə dost, kiminlə düşmən olasan. Amma yənə də şükr edək, nəfəs alıb yaşayırıq,ağlımız bizi hələ tərk etməyib", -deyə qeyd edib. 
Xatırladaq ki, müğənni uzun müddətdir Türkiyəyə köçüb və orada yaşayır.