Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə “Günay Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunub, “Günay Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
“Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. “Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
Bildirilib ki, “Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. “Günay Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir.
Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
Azərbaycanda daha bir bank ləğv edildi
17
may
10:31

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR
“PAŞA Bank”ın yeni sədri kimdir? - DOSYE
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ
Taleh Kazımov ilk dəfə bank rəhbərlərini toplayır
“Günay Bank” BAĞLANMA YOLUNDA... - BÖHRAN
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA
“Günay Bank”a yeni sədr təyin edildi
"Bank BTB"nin 2 filial, 1 şöbəsi bağlandı
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
Pakistan Milli Bankının Bakı filialı BAĞLANDI
Vahid Ələkbərovun “Yelo Bank”ında nələr baş verir?- Baş bankir Elman Rüstəmovun ''yarıtmaz'' siyasəti nəticəsində banklar sıradan çıxır
Ramiz Mehdiyevin ailəsinin bankı bağlanır: Pul yoxdur
“Biz bu gün səngərdəyik!” - “Günay Bank”
“Paşa Bank”dan Mərkəzi Banka gətirilən Umeyra İbrahimova kimdir? - Dosye
“Bank of Baku”nun xalis mənfəəti azalıb, əməliyyat mənfəəti artıb - RƏQƏMLƏR
“Günay Bank”, yoxsa "cib bankı"?.. – Sahibləri pul fırladır...
Taleh Kazımovun yerinə təyinat oldu
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinə üzv TƏYİN EDİLDİ
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
DYP ləğv edilən bankı cərimələdi
Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”
“Bank VTb Azərbaycan” 2020-ci ili zərərlə başa vurdu - RƏQƏMLƏR
- Ayşvariya TANINMAZ HALDA - FOTO
- Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
- Təyyarənin ən çirkli 5 yeri
- Kaan ata oldu
- Oğlu ilə gəlini ayrı evə çıxıb
- Rusiyanın gücü ABŞ və Kiyevi danışıqlara məcbur edəcək
- Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
- Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir
- Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
- Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
- Bu yolda məhdudiyyət tətbiq edilib (FOTO)
- "Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmalıyıq" - Stoltenberq
- Sabahın havası açıqlandı
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi