Zəngilanın gəzməli-görməli yerləri - VİDEO
19-11-2020, 12:41
202

Zəngilanın gəzməli-görməli yerləri - VİDEO

Dövlət Turizm Agentliyi (DTA) işğaldan azad edilmiş Zəngila rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlayıb.
Bu barədə Agentliyin sədri Fuad Nağıyev "Twitter" sosial şəbəkəsində etdiyi paylaşımda məlumat verib.
“Azad edilmiş torpaqlarımızın geniş turizm potensialı var. Biz artıq bu potensialı qiymətləndiririk. Bu gün isə Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi Zəngilanın gəzməli-görməli yerlərini təqdim edirik”, -deyə Fuad Nağıyev qeyd edib.
Çarxda Zəngilanın gəzməli-görməli yerləri, o cümlədən XIV əsrdə inşa edilmiş, səkkizguşəli prizmadan ibarət Məmmədbəyli türbəsi, XII əsrə aid edilən qədim Şərifan şəhərinin qalıqları, Ağbiz kəndində yerləşən eyni adı tarixi bulaq, xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan ağ rəngli daş, rayonun Babalı kəndində yerləşən alban kilsəsi və 1974-cü ildə 107 hektar ərazidə əsasən nadir təbii çinar meşəliyini qorumaq məqsədilə yaradılmış Bəsitçay qoruğu haqqında məlumatlar təqdim olunur.
Agentlik bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında video çarx təqdim etmişdi.
Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

Oxşar xəbərlər

İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
Zəngilanın Bartaz qəsəbəsinin görüntüləri - VİDEO
Bu gün Zəngilanın işğalından 27 il ötmür
Ordumuzun işğaldan azad etdiyi ərazilərdən görüntü - VİDEO
Bu kəndlər də işğaldan azad edildi! - Prezident açıqladı
Mincivan sərhəd zastavasının görüntüləri - VİDEO
İşğaldan azad edilmiş Talış kəndinin GÖRÜNTÜLƏRİ-VİDEO
Madagizi işğaldan azad edən general danışdı - VİDEO
“Zəngilanda ev tikdirəcəm“ - Tanınmış ifaçı
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Tərtər rayonunun işğaldan azad olunan Talış kəndindən VİDEOREPORTAJ
Xocavəndin işğaldan azad olunan kəndlərindən ilk görüntü - VİDEO
Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri
Zəngilan şəhəri işğaldan azad edildi
Kəlbəcərdə yerləşən Qırmızı monastır məhv olmaq üzrədir
Nazirlik işğaldan azad edilmiş ərazilərdə kütləvi ekoloji terroru təsbit etdi - Fotolar
Bu kəndlər də azad edildi - Prezident açıqladı
İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb
İşğaldan azad edilmiş ərazilərdə bu müəssisələr də yaradılacaq - Nazirlik
Partiya sədrindən TƏKLIF: - “Hadruta Ərdoğanın adı verilsin”
Fuad Axundov AzTV-də veriliş aparacaq - VİDEO
Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - RƏSMİ
Horadizdən qaçan ermənilərin tərk etdiyi zirehli texnikalar - VİDEO
“Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək” - Vüsal Qasımlı
Prezidentdən yeni tvit: Daha 9 yaşayış məntəqəsi işğaldan azad olunub
Ermənistanın talançılığı ilə bağlı istintaq qrupu yaradılıb
Millət vəkili cəbhə bölgələrində kommunal qiymətlərin aşağı salınmasını təklif etdi