Xalq artisti Rasim Balayev Azərbaycan telekanallarını tənqid atəşinə tutub.
“YouTube”da yayımlanan "Mirinin Dibçəyi" layihəsinin növbəti qonağı olan R.Balayev televiziya məkanındakı boşluqlardan, Azərbaycan tamaşaçılarının zövqünün korlanmasından söhbət açıb:
“Bu gün televiziyalar boş-boş şounun dalınca düşüblər. Ancaq filankəsin donu belə getdi, o birinin uşağı oldu və s. Səviyyəsiz şeyləri efirə verirlər. Ona görə də baxılmır. Baxılsa da, ancaq müəyyən kütlə baxır, məndən inciməsinlər. Ağlı üstündə olan adam televiziyaya baxmır. Son illər onlar insanların da zövqünü korlayıblar. Ancaq qeybət, səviyyəsiz söhbətlər... Bilirsiniz, elə şeylər var ki, onları efirə çıxarmaq olmaz. Məhkəməlik hadisələri efirə çıxarırlar. Məsələn, bir haramzadə oğlan anasını evdən qovur, tamaşaçı da buna baxır. Sonra cavan oğlan düşünür ki, deməli, ananı da evdən qovmaq olarmış, bu adiləşir, insanları pozur. Kiminsə anasını evdən qovmasını xalqa göstərməklə nə demək istəyirsiniz?! Bu işlər qapalı məhkəmələrdə həll olunmalıdır. Bu gün ciddi, insanı düşündürən söhbətlərə tamaşaçılar qulaq asmırlar. Çünki aparıcılar artıq istəklərinə nail olublar və insanların zövqünü korlayıblar”.
Aktyor televiziyaya yalnız peşəkarları gətirməklə bu vəziyyəti düzəltməyin mümkün olduğunu bildirib:
“Bu durumu dəyişmək üçün efirdə peşəkarlar olmalıdır. Televiziya bu gün açıq qapı olub, kim istəyir efirə çıxır. Əvvəl ancaq nümunəvi insanları efirə çıxarırdılar, indi fərq etmir. Bu gün ekrana şübhəli adamlar çıxır, bilmirsən qadındır, ya kişi. Qadınlar çıxıb efirdə əxlaqdan danışır, baxırsan ki, özünün heç əxlaqı yoxdur. Özü də dəhşətlisi odur ki, insanlar o adamı tanımır, amma mən yaxşı tanıyıram. Riyakarlar, yalançılar çıxıb görkəmli adamlardan sitat gətirir, camaat da elə bilir bu intellektual adamdır. Azərbaycan televiziyası bərbad vəziyyətdıdir”.
Rasim Balayev telekanalları yıxdı-sürüdü: “Kiminsə anasını...”
27
may
12:11

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rasim Balayev "od püskürdü": "Olmaz belə" - VİDEO
Hafiz Hacıyevdən ağır sözlər: “Heç ata-anasını da tanımır”
Rasim Balayev xəstəxanaya yerləşdirildi
Rasim Balayev yüksək vəzifəyə seçildi
Rasim Balayev: "Azərpaşa mənə dedi ki..."
Rasim Balayev Cıdır düzündə torpağı qucaqladı - Video
Rasim Balayev 35 il sonra ailəsi ilə İsa bulağında - FOTO
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”
Bakıda qayınana və baldız gəlinlərinin saçını yolub evdən qovdular - VİDEO
Anasını çəkiclə öldürüb, cəsədini evdə gizlətdi
Rasim Balayev: “Qız gəlin gedəndə bilirdi ki...“
“Çox layiqsiz adama fəxri ad veriblər“ - Rasim Balayev
Rasim Balayevdən Türkan Şorayla bağlı ŞOK ETİRAF: "1 milyon dollar istədi" - VİDEO
10 yaşlı uşaq anasını öldürdü - SƏBƏB
Rasim Balayevə yüksək məbləğdə qrant verildi
İzzət uşaqlarını efirə çıxarmamağının səbəbini açıqladı - “Göz dəyir“
Azərbaycanda bu da OLDU! Qız ögey atasına ərə gedib, anasını küçəyə atdı - VİDEO
Xoşqədəm bu tarixdə efirə qayıdır, Zaurun verilişi isə...
Dadaşov efirə qayıtmaq istəmir: “Məndən də qəşəng aparıcılar var“ - Video
Diri-diri torpağa basdırılmış qadın üç gündən sonra qəbirdən sağ çıxdı - FOTO
“Kütləvi şoumenliyin, nəzarətsizliyin bir nümunəsi də Rəqsanə və ailəsidir” - Xalq artisti
“İlkin - Rövşanə qalmaqalına Samirə də qoşuldu: “Belə hörmətsizlik etmək olmaz!”
“Kül sənin müğənni təpənə!“ - “Gedib peraşki satsınlar...“
Xalq artisti yeni müğənnilərin burunlarına ilişdi
Rəmişin xanımı Nazpəri üçün efirə gəldi
Azərbaycanda gəlin evdən QAÇDI- VİDEO
“Zamirə ilə açiq söhbət” - "Space"də yeni layihə
Xalq artisti Rasim Balayevə yeni vəzifə verilir
Rövşanə Əməkdar artisti yıxdı-sürüdü: “Xalqa hörmətsizlik edirsən”
Bakıda DƏHŞƏT: 15 yaşlı oğlan anasını öldürdü
- Sabah qar yağacaq, duman olacaq
- Ağdərə boşaldılır - VİDEO
- "Google Play" və "App Store"a daxil olma problemləri aradan qaldırıldı
- Atatürk Zəngəzur dəhlizini öncədən planlaşdırırmış
- Qənirə Paşayeva dərmandan komaya düşdü
- Tərksilah olan ermənilərin Azərbaycan ərazilərindən çıxışı təmin olunacaq
- Yevlaxda zəncirvari qəza oldu
- Qarabağda qalan erməni sakinlərin sayı açıqlandı
- Ərdoğan sabah Naxçıvana səfər edəcək
- Bakıda iki "Hyundai" toqquşdu
- Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi
- Ermənilərin ilk qrupu Qarabağı tərk etdi
- Timsah qadını tutub suya apardı - VİDEO
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- Prezidentdən Tahir Süleymanovla bağlı SƏRƏNCAM
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib