Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Kristal Zalında keçirilən mərasimdə iştirak edib.
Açılış mərasimi iştirakçı ölkələrin və Dünya Taekvondosunun bayraqlarının arenaya gətirilməsi ilə başlayıb. Hakimlər və idmançılar and içdikdən sonra söz Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çuya verilib.
O bildirib ki, yenidən Bakıda olmaqdan və burada dünya çempionatının keçirilməsindən çox məmnundur: “Taekvondonun evinə qayıtmaq xoşdur. Azərbaycan bir çox yarışlara ev sahibliyi edib, burada parataekvondo üzrə ilk mötəbər yarış təşkil olunub. Sonradan bu idman növü Paralimpiadaya salınıb. Azərbaycan idmançıları beynəlxalq yarışlarda yaxşı nəticələr göstəriblər. Bütün bunlar ölkə prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsindədir”.
WT prezidenti 10 il öncə Azərbaycan Prezidenti İlham Əliyevə fəxri medal təqdim edildiyini, bu gün isə fəxri medalın Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bunu verməkdən məmnunluq duyduğunu vurğulayıb.
Ardınca Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın video-müraciəti olub. O, taekvondonun Olimpiya ailəsində xüsusi yeri olduğunu deyərək, iştirakçılara uğurlar arzulayıb.
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov idmanın bu növünün Azərbaycanda populyarlığı və kütləviləşməsi barədə danışıb. O bildirib ki, milli üzləri artıq zirvələri fəth edirlər və gənclərdə taekvondoya maraq yaranır: “Ölkəmizdə hər bir sahədə olduğu kimi, idmanda da inkişaf 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uğurunu cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə 50-yə yaxın olimpiya idman kompleksi inşa edilib. Bunun nəticəsində Azərbaycan dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib, idmançılarımız beynəlxalq arenada uğur qazanırlar. Ötən illər ərzində ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları, mötəbər yarışlar, o cümlədən I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları təşkil olunub. Bu dəfə də taekvondo üzrə dünya çempionatı bizə həvalə edilib”.
Kamaləddin Heydərov Dünya Taekvondosunun 50 illiyik yubiley tədbirini və dünya çempionatını Azərbaycana həvalə etdiyi üçün doktor Çunqvon Çuya təşəkkür edib: “Çempionatda həm ölkə, həm də iştirakçı sayında rekord qeydə alınıb. Əminəm ki, bu yarışın Azərbaycanda keçirilməsi ölkəmizdə taekvondonun daha da inkişafına təkan verəcək”.
O daha sonra yarış iştirakçılarına uğurlar arzulayıb.
Ardınca gənclər və idman naziri Fərid Qayıbov dünya çempionatını açıq elan edib.
Bundan sonra ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı videoçarx nümayiş etdirilib. Burada ulu öndərin idmana göstərdiyi diqqət və qayğıdan söhbət açılıb.
Mərasim bədii hissə ilə davam etdirilib.
Qeyd edə ki, iyunun 4-də başa çatacaq mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq. Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar.
Çempionatda Azərbaycanı Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. Cavad Ağayev (68 kq) isə bu gün dayanq üzərinə çıxıb və 1/16 finalda mübarizəni dayandırıb.
Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.
XXX
16:40
Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər.
Prezident və xanımı dünya çempionatının açılış mərasimində iştirak edib - YENİLƏNİB
29
may
17:36

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident taekvondo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Ərdoğan dünya çempionatının açılış mərasimində iştirak EDƏCƏK
Prezident Çunqvon Çunu qəbul edib
Dünya çempionatının açılış oyunu dəyişdi
Bakıda keçiriləcək dünya çempionatının vaxtı məlum oldu
Prezident Bakı Enerji Həftəsinin açılış mərasimində - FOTOLAR
Prezident və birinci xanım Zəngilanda "Ağıllı kənd"in açılışını etdilər
AVRO-2020: Bakıda açılış mərasimi keçirildi
İlham Əliyev və Sadır Japarov məktəbin açılışında
Ərdoğan Qətərə səfər edəcək
Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib
Futbol üzrə Dünya Çempionatının vaxtı yenə dəyişdirilir
İlham Əliyev Zəngilanda ştanq qaldırdı - FOTO
İlham Əliyev Əbu-Dabi Davamlılıq Həftəsinin açılışında iştirak edir - CANLI
"Ermənistanla münasibətlərin normallaşdırılması təklifini biz etmişik" - Prezident
İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub
Şakira dünya çempionatında oxumaqdan imtina etdi
İlham Əliyev Bişkekdə kompleksin açılışında
İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib
Rusiya şahmat üzrə dünya çempionatının qalibi OLDU
İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış etdi - YENİLƏNİB (VİDEO)
Türk güləşçi dünya çempionu olub
"Göstəriləcək yeni həllər çox dəyərli olacaq" - Prezident
"Ermənistan öz gələcəyini qurmaq şansını əldən buraxıb" - İlham Əliyev
FİFA Qətərdə keçiriləcək dünya çempionatının stadionlarında pivə satışına qadağa qoydu
Dünya çempionatının ulduzu “Formula-1” üçün Bakıya gələcək
Prezident beynəlxalq sərgilərlə tanış oldu - YENİLƏNİB
"Uduzmuş idmançı haqqında söylənilən fikir onda mənəvi-psixoloji sarsıntı yarada bilər"
Ermənini məğlub edən güləşçimiz bayraqdar seçildi
Leyla Əliyeva Konyadan fotolar PAYLAŞDI
- Ət yeməyin həqiqətən zərərli olub-olmadığı AÇIQLANDI
- Siçanları öldürən və itlərlə pis danışanlar həbs olunacaq: Qanuna dəyişiklik
- “Google Maps”in səhvinə görə adam öldü
- Azərbaycana gələn əcnəbilərin sayı artıb
- Dünyanın ən bahalı geyim markaları – SİYAHI
- Əvəz Zeynallının məhkəməsində növbəti QALMAQAL
- Rusiya Paşinyanın üstünə “xüsusi təyinatlıları” göndərdi: Moskvada verilən hökm
- Ordumuzun nəzarətinə keçən ərazidə mina partladı - YENİLƏNİB
- Rusiyadan "Oskar"la bağlı gözlənilməz qərar
- Fidan və Borrell Qarabağdakı vəziyyəti müzakirə etdilər
- Buna görə "Ateş kuşları"ndan getdi - FOTO
- İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı AÇIQLANDI
- Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı
- “Əsrin fəlakəti”nə görə saat qülləsi həmişə bu zamanı göstərəcək - VİDEO
- Ürək masajı üçün avtomatik cihaz hazırlandı
- Məşhur narkobaronun oğlu ABŞ-yə təhvil verildi
- 20 yaşlı ana körpələri öldürüb, zirzəmidə gizlədibmiş
- Gədəbəydəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU
- İdmançımız dünya çempionatında 3 bürünc medal qazandı
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Sirli Hunza türkləri – 100 yaşında ölənə “gənc öldü” deyirlər
- Məşədi Natiq vəfat etdi
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Fahişə sifariş etmək üçün arvadından BORC ALDI